DGK İSM «Gömrükçü»İK-nın təmsilçiləri Avropa çempionatında 3 qızıl medal qazanıb

 

DSC_0126İyunun 3-də İngiltərənin Stok-on Trent şəhərində pouerliftinq üzrə Avropa çempionatı keçirilib. Yarışda 30-dan çox ölkədən 600-dək idmançı qüvvəsini sınayıb. Avropa çempionatında Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin «Gömrükçü» İdman Klubunun təmsilçisi Ramil Əhmədov, Bayram Əliyev, Aqşin İsmayılov da qüvvəsini sınayıb.

13393467_1159613387423338_398595707_n

90 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz Ramil Əhmədov uğurla çıxış edərək üçüncü dəfə Avropa çempionu adını qazanıb. Qeyd edək ki, idmançımızın əsas rəqibləri İrlandiya, İngiltərə və Portuqaliya komandalarının üzvləri olublar. Avropa çempionatında Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin «Gömrükçü» İdman Klubunun digər üzvü dünya və Avropa çempionu, Bakı Baş Gömrük İdarəsinin əməkdaşı Bayram Əliyev (82.5 kq) də çempion adını qazanıb. Bununla Bayram Əliyev ikiqat Avropa çempionluğunu rəsmiləşdirib. Komandamızın üzvü Aqşin İsmayılov isə 75 kq çəki dərəcəsində Avropa çempionu tituluna yiyələnib. Çempionata iyunun 13-də yekun vurulacaq.

13434150_1159607750757235_1537163794_n

 

 

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …