DGK İSM “Gömrükçü”İK-nın güləşçisi Azərbaycan çempionu olub

DSC_0860
Xəbər verdiyimiz kimi, Bakı İdman Sarayında yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi davam edir. Qeyd edək ki, bu yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun 14 üzvü sərbəst güləş yarışlarında, 5 üzvü isə yunan-Roma güləşi yarışlarında qüvvəsini sınayırlar. İkinci yarış günündə yunan-Roma güləşi üzrə 69, 76, 85 və 100 kq, sərbəst güləş üzrə 42, 46 və 50 kq çəkidə 148 yeniyetmə pəhləvan yarışıb.

DSC_0849“Gömrükçü” İdman Klubunun yetirməsi Tehran Əminzadə (85 kq) finalda rəqibinə 8:0 hesabı ilə qalib gələrək çempion adını qazanıb.
Cəlilabad rayonu 4 saylı “Gömrükçü” İdman Klubunun üzvü Hamlet Nəsirov (46 kq) isə gümüş medala layiq görülüb.
DSC_0867 DSC_0881

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …