“Gömrükçü”İK-nın bədii gimnastika üzrə Acıq birinciliyi keçiriləcək

Bedii gimnastika banerAvqustun 26-da Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü”İK-nın bədii gimnastika üzrə yeniyetmələr və kiçikyaşlı yeniyetmələr arasında Acıq birinciliyi keçiriləcək. “Start” İdman Kompleksində keçiriləcək yarışda 6 klubdan 52 idmançı mübarizə aparacaq. Yarışda “Gömrükçü” İdman Klubu ilə yanaşı, Zabrat İK, Kürdəmir OİK, Gəncə, Qusar OİK, Respublika Kompleks İdman Məktəbinin gimnastları bacarıqlarını nümayiş etdirəcəklər. İdmançılar həm fərdi, həm də qrup hərəkətləri üzrə qüvvələrini sınayacaqlar.
Yarışda “Gömrükçü”İK-nın 14 gimnastı çıxış edəcək.
Acıq birinciliyə 12:00 da start veriləcək. Yarışın açılış mərasimi 14:00-da olacaq.

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …