“Gömrükçü” İK tərəfindən idmançı və mütəxəssislərə diplomlar təqdim olunub

 

 

5 mart tarixi ölkəmizdə cənab prezident İlham Əliyevin 4 mart 2005-ci il Sərəncamına əsasən bədən tərbiyəsi və idman günü kimi qeyd olunur. Bu münasibətlə Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İK tərəfindən bir qrup idmançı, mütəxəssisə, mərkəzin, eləcə də klubun bir sıra əməkdaşlarına diplomlar təqdim olunub.

Təqdimetmə mərasimindən öncə Vətən müharibəsində canlarından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən MOK-un vitse-prezidenti, DGK İSM-ın baş direktoru Xəzər İsayev pandemiya qaydaları çərçivəsində idmançılarımızın məşqlərini onlayn qaydada davam etdirdiklərini bildirdi. O qeyd etdi ki, buyaxınlarda taekvondoçularımız Türkiyədə keçirilən beynəlxalq turnirdə 1 qızıl, 1 gümüş medal əldə ediblər. Çerlidinq üzrə təmsilçilərimiz isə Müzəffər Ordumuzun “Vətən Müharibəsi”ndə qazandığı qələbənin 100-cü gününə həsr olunmuş Bakı şəhər açıq turnirində 5 qızıl, 1 gümüş medal qazanıblar. MOK-un vitse-prezidenti tədbir iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …