DGK İSM «Gömrükçü» İK-nın yetirmələri «Heydər Əliyev kuboku»nda uğurla çıxış ediblər

 13233197_688530311300505_1794762679_nMayın 10-da Bakı Boks Mərkəzində El-1 idman növü üzrə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş «Heydər Əliyev kuboku» keçirilib. Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirilən yarışda Azərbaycan yığması dünya yığmasına qarşı mübarizə aparıb. Gələn il ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına təbliğat xarakterli yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin «Gömrükçü» İdman Klubunun 4 üzvü yığma komandanın heyətində mübarizə aparıb.

13249460_688876214599248_1266260128_nGərgin keçən döyüşlərin yekununda Azərbaycan yığma komandası 7:1 hesabı ilə qalib gəlib. El-1 fight döyüşündə Azərbaycan yığmasının kapitanı Elgün Xanoğlanlı İsrail idmançısı Aleks Boaz üzərində ağrıedici fəndlə qələbə qazanıb. El-1 wrestling döyüşündə Kamran Ağayev Maykl Andrenasunu mübarizədən kənarlaşdırıb. El-1 karate döyüşündə Elçin Mürsəlov ABŞ təmsilçisi Con Vilyams üzərində qələbə qazanıb. El-1 kik döyüşündə Arzu Babayev rusiyalı Şamil Paşabəyovu məğlub edib. 13236193_688876084599261_860283892_n

 

 

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …