DGK İSM “Gömrükçü” İK-nın taekvondoçusu Avropa çempionatında finala yüksəlib

 

350717

Mayın 19-da İsveçrənin Montre şəhərində taekvondo üzrə Avropa çempionatına start verilib. Yarışda ölkəmizi kişi və qadınlar arasında taekvondo üzrə yığma komandamızın üzvləri təmsil edirlər. Qeyd edək ki, Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin «Gömrükçü» İdman Klubunun təmsilçisi Patimat Abakarova (53 kq) da yığma komandanın heyətində bu yarışda ölkəmizin idman şərəfini qoruyur. Bu gün taekvondoçumuz Avropa çempionatında mübarizəyə qoşulub. İdmançımız uğurla çıxış edərək finala yüksəlib. Patimat həlledici qarşılaşmayadək Latviya (3:0), Serbiya (6:2), Kipr (3:1), Fransa (4:2) idmançısına qalib gəlib. Təmsilçimiz finalda Rusiya təmsilçisi Tatyana Kudaşova ilə qarşılaşacaq. Avropa çempionatına mayın 22-də yekun vurulacaq. Qeyd edək ki, I Avropa Oyunlarının bürünc mükafatçısı olan Patimat bu il Rio-de Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcək. Xatırladaq ki, taekvondoçumuz Rio-2016-ya vəsiqəni Türkiyənin İstanbul şəhərində keçirilən Avropa Təsnifat Turnirində qazanıb.

 

 

 

DSC_6941

 

 

Bu xəbərə də bax

Taekvondoçumuz  Avropa çempionatının bürünc medalına sahib çıxıb

 Mayın 10-dan 13-dək Rusiyanın Kazan şəhərində keçirilən taekvondo üzrə Avropa çempionatına yekun vurulub. Yarışda yığma …