DGK İSM “Gömrükçü” İK-nın pəhləvanları Azərbaycan birinciliyini 1 qızıl, 2 gümüş, 1 bürünc medalla başa vurdular  

 
DSC_0970Bakı İdman Sarayında yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi başa çatıb. Qeyd edək ki, bu yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun 14 üzvü sərbəst güləş yarışlarında, 5 üzvü isə yunan-Roma güləşi yarışlarında qüvvəsini sınayıblar.  DSC_0952DSC_0945Son yarış günündə sərbəst güləş üzrə 54, 58, 63, 69, 76, 85 və 100 kq çəkidə 189 yeniyetmə pəhləvan yarışıb. Gömrükçü” İdman Klubunun yetirməsi Əli Əminzadə (100 kq) gümüş medala sahib çıxıb. Cəlilabad rayonu 4 saylı “Gömrükçü” İdman Klubunun üzvü Əvəz Həmzəyev (58 kq) üçüncü yer uğrunda mübarizədə rəqibinə 4:8 hesabı ilə qalib gələrək bürünc medal əldə edib.DSC_0918

DSC_0920Xatırladaq ki, yarışın ikinci günündə “Gömrükçü” İdman Klubunun yetirməsi Tehran Əminzadə (85 kq) finalda rəqibinə 8:0 hesabı ilə qalib gələrək çempion olmuşdu. Cəlilabad rayonu 4 saylı “Gömrükçü” İdman Klubunun üzvü Hamlet Nəsirov (46 kq) isə gümüş medala layiq görülmüşdü.DSC_0928

 

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …