DGK İSM “Gömrükçü” İK-nın güləşçiləri Azərbaycan birinciliyində mübarizəyə qoşulacaq

1111-16794-920-485-100-wm-right_bottom-100-imageswmpngMayın 25-27-də Bakı İdman Sarayında yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi keçiriləcək.
Yarışın keçirilməsində əsas məqsəd ölkə ərazisində güləş idman növünün təbliği və inkişafına nail olmaq, respublikada fəaliyyət göstərən idman təşkilatlarında təlim-məşq prosesini təkmilləşdirmək və müvafiq yaş qrupu üzrə mükafata layiq yerlər tutmuş idmançıları yığma komandalara cəlb etməkdir.
1999-2000-ci il təvəllüdlü idmançılar arasında keçiriləcək yarış Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən təşkil olunacaq və şəxsi xarakter daşıyacaq.
Respublika birinciliyində iştirak üçün sərbəst və yunan-Roma güləşi üzrə nümayəndəliklər üzrə keçirilən seçim turnirləri artıq başa çatıb. Nümayəndəliklər üzrə qalib gəlmiş güləşçilər ayrılmış saya uyğun olaraq yarışda iştirak hüququ əldə ediblər.
Yarışda, bütövlükdə, AGF-nin 8 nümayəndəliyini təmsil edən seçilmiş 195 sərbəst və 180 yunan-Roma güləşçisi iştirak edəcək.
Qeyd edək ki, bu yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun 14 üzvü sərbəst güləş yarışlarında, 5 üzvü isə yunan-Roma güləşi yarışlarında qüvvəsini sınayacaq.
Hər gün səhər saat 10:00-da başlayacaq yarışların təntənəli açılış marasimi mayın 25-də saat 17:00-da baş tutacaq. Hər çəki dərəcəsində mükafata layiq yerlər tutmuş idmançılar medal və diplomla yanaşı, AGF tərəfindən pul mükafatı ilə də təltif olunacaq və yığma komandanın heyətinə cəlb olunacaq.
Proqrama əsasən, mayın 25-də yunan-Roma güləşi üzrə 42, 46, 50, 54, 58 və 63 kq çəkidə güləşçilər yarışacaq. Mayın 26-də 69, 76, 85 və 100 kq çəkidə yunan-Roma güləşçiləri ilə yanaşı, 42, 46 və 50 kq çəkidə sərbəst güləşçilər də mübarizə aparacaq. Yarışların son günündə isə, 54, 58, 63, 69, 76, 85 və 100 kq çəki dərəcəsində sərbəst güləşçilər xalça üzərində çıxacaq.

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …