DGK İSM “Gömrükçü” İK-nın güləşçiləri açıq respublika turnirində 1 qızıl, 2 gümüş, 2 bürünc medal qazanıblar

İyunun 11-də Bakı İdman Sarayında beynəlxalq dərəcəli idman ustası, Əməkdar Məşqçi, Olimpiya kateqoriyalı hakim, Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Oqtay Hüseynovun xatirəsinə həsr olunmuş kiçik yaşlı yeniyetmələr arasında sərbəst güləş üzrə açıq respublika turnirinin açılış mərasimi keçirilib.
14656496204281151753_1000x669Açılış mərasimində Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, Respublika Olimpiya İdman Liseyinin direktoru Rasim Muradov, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov turnirin əhəmiyyətini yüksək qiymətləndiriblər.14656496204726258842_1000x669
Ölkəmizdə idman siyasətinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdıran natiqlər hazırda bu ənənənin uğurla davam etdirildiyini vurğulayıblar. Bildirilib ki, dövlətimizin başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə idman sürətlə inkişaf edir. Məhz Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər Bakı dünyanın idman mərkəzlərindən birinə çevrilib.14656496203340919921_1000x669
Çıxışlarda Azərbaycanda güləşin də inkişafının diqqət mərkəzində olması məmnunluqla qeyd edilib. Bildirilib ki, güləşçilərimiz qatıldıqları beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edərək medallar qazanırlar.14656496202949159654_1000x669
Yarışda Azərbaycan güləşçiləri ilə yanaşı, Gürcüstan və Türkiyə idmançıları da iştirak ediblər.
Turnirin keçirilməsində məqsəd yeniyetmələr arasında sərbəst güləşin inkişafına və kütləviliyinə nail olmaq, idmançılar arasında dostluq əlaqələrini möhkəmləndirmək və Vətənə məhəbbət hisslərini aşılamaq, eləcə də Oqtay Hüseynovun xatirəsini yad etməkdir.
Qeyd edək ki, yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun 20 idmançısı qüvvəsini sınayıb. Təmsilçilərimizdən Heydər Nuriyev bütün rəqiblərini üstələyərək çempion adını qazanıb. İzzət Aşurlu (58 kq) və Cəfərsadiq Muradlı (47kq) gümüş medallara layiq görülüblər. Sadiq Əliyev (47 kq) və İsmayıl Cabbarlı (66 kq) bürünc medal əldə ediblər. Beləliklə ümumilikdə “Gömrükçü” İdman Klubunun yarışda qazancı 1 qızıl, 2 gümüş, 2 bürünc medal olub.14656496203363026631_1000x669

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …