“Gömrükçü” İK-nın güləşçiləri açıq birincilikdə 4 qızıl, 2 gümüş, 3 bürünc medal qazanıblar

Mayın 18-19-da “Lokomotiv” İdman Klubunun zalında “Təhsil” Respublika İdman Mərkəzi 9 saylı UGİM-in açıq birinciliyi keçirilib. Yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun üzvləri də çıxış ediblər. Klubun məşqçi-müəllimi Rüstəm Siapuşovun yetirmələri sərbəst güləş üzrə yarışlarda ümumilikdə 4 qızıl, 2 gümüş, 3 bürünc medallar qazanıblar.

Abdulla Şərifli (69 kq), Şərif Abdulrəhimov (57 kq), Məhəmməd Aslanlı (65 kq), Rəvan Bəşirov (38 kq) birinci, Şahmar Məmmədzadə (26 kq), İbrahim Məmmədzadə (65 kq) ikinci, Rəsul Siapuşov (46 kq), Polad Abuşov (38), Məmmədəli Vəliyev (47 kq) üçüncü pillədə qərarlaşıblar.

 

 

 

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …