Güləş üzrə açıq çempionata start verilib

IMG_0417

Dekabrın 24-də Hövsan Olimpiya İdman Kompleksində “Gömrükçü” İdman Sağlamlıq Mərkəzinin güləş üzrə açıq çempionatı keçirilmişdir.

Turnirdə 400-dək yeniyetmə güləşçi qələbə uğrunda mübarizə aparıb.

Çempionatın açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, “Gömrükçü” İdman Sağlamlıq Mərkəzinin direktoru Xəzər İsayev,Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov və başqaları çıxış edərək idmançılara uğurlar arzulayıblar.

Qeyd edilib ki, respublikamızda güləşin inkişafı istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanı beynəlxalq miqyasda liderlər sırasına çıxarıb.Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin bütövlükdə idmanımıza, o cümlədən güləşə göstərdiyi diqqət və qayğısının nəticəsində mümkün olub.

Çıxış edənlər güləş yarışlarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ad gününə təsadüf etdiyini də xatırladıblar.Onlar dövlət başçısına əlamətdar gün münasibətilə bütün güləş ictimaiyyəti adından təbriklərini bildiriblər.

Dövlət himni səsləndikdən sonra yarış açıq elan olunub. Musiqi və rəqs qruplarının nümunəvi çıxışları tədbirə bayram ovqatı qatıb. Beşinci dəfə keçirilən çempionatda əvvəlcə sərbəst üsulla güləşən yeniyetmələr mübarizə aparıblar. Bir gün sonra isə yunan-Roma üsulu ilə güləşənlər mübarizəyə qoşulacaqlar.

Turnirdə “Gömrükçü” İdman Sağlamlıq Mərkəzinin güləşçiləri, Bakının idman təşkilatlarının, habelə bir sıra rayon komandalarının nümayəndələri iştirak edirlər.Mütəxəssislər bu yarışları Azərbaycan güləşinin yaxın gələcəyinə baxış kimi də qiymətləndirirlər.

IMG_0444

 

Bu xəbərə də bax

AzƏOK-tərəfindən müxtəlif illərdə təsis olunan mükafatlar

AzƏOK 2007-ci ildən etibarən hər il ənənəvi olaraq idman ictimaiyyətinin diqqətini bu sahəyə cəlb etmək, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.