DGK İSM “Gömrükçü” İdman Klununun güləşçiləri AGF Kubokunda daha iki medal qazandı

T92A5362-16707-920-485-100-wm-right_bottom-100-imageswmpng (1)
“Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir davam edir. Turnirdə Azərbaycanla yanaşı, Belarus, Ukrayna, Özbəkistan, Qırğızıstan, Gürcüstan, İran, Bolqarıstan, Rusiya, İraq, Türkiyə və Qazaxstan pəhləvanları mübarizə aparır. Yarışın üçüncü günündə sərbəst güləş üzrə 115 yeniyetmə pəhləvan yarışıb. Yığmamızın üzvləri günü 3 qızıl, 2 gümüş və 9 bürünc medalla tamamlayıb. Komanda hesabında 86 xalla Azərbaycan birinci, 85 xalla İran ikinci, 76 xalla Türkiyə üçüncü yerdə qərarlaşıb. Qeyd edək ki, yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klununun idmançısı Hüseyn Hüseynzadə (63) həlledici qarşılaşmada iranlı rəqibi Amirhossein Kavusiyə  4:3 hesabı ilə qalib gələrək çempion adını qazanıb. Klubun digər güləşçisi Əli Əminzadə (100 kq) isə bürünc medala layiq görülüb.
Xatırladaq ki, aprelin 26-da keçirilən ilk yarış günündə yunan-Roma güləşi üzrə 90 yeniyetmə pəhləvan yarışmışdı. Təmsilçimiz Tehran Əzimzadə (85 kq) bütün rəqiblərini üstələyərək qalib adını qazanmışdı. Bu gün keçirilən yarışın sonuncu günündə sərbəst güləş üzrə 89 gənc pəhləvan yarışır. Yarışda “Gömrükçü” İdman Klununun idmançısı Rahid Həmidli (85 kq) mükafat uğrunda mübarizə aparır.

IMG_6369-16681-920-485-100-wm-right_bottom-100-imageswmpng

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …