“Gömrükçü” İdman Klubunun şotokan karate üzrə açıq birinciliyi uğurla yekunlaşdı

dsc_0138Sentyabrın 9-da Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun şotokan karate idman növü üzrə “Qurban Bayramına” həsr olunmuş açıq birinciliyi keçirildi. Daxili İşlər Nazirliyinin “Dinamo” İdman Cəmiyyətinin idman zalında təşkil olunacaq yarışda kiçik kadetlər, kadetlər, yeniyetmələr və gənclər mübarizə apardılar. Birincilikdə “Gömrükçü” İdman Klubu-1, “Gömrükçü” İdman Klubu-2,Xızı “Suri”Karate Klubu, Sumqayıt Olimpiya İdman Kompleksi, SKİF karete İdman Klubu, “Qurtuluş-93″İdman Klubu, “Sulutəpə”İdman Klubu, “Ayaz”İdman Klubundan ümumulikdə 74 idmançı (67 oğlan, 7 qız) mübarizə apardı.

Yarışın açılış mərasimində Gömrük sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, gömrük xidməti general-mayoru Güloğlan Muradlı, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin baş direktoru gömrük xidməti polkovniki Xəzər İsayev, Kontakt Karate Federasiyasının prezidenti Ariz Ağayev iştirak edirdilər.

Gömrük sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Guloğlan Muradlı  ölkəmizdə idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışdı. O, idmançılara göstərilən qayğının başlıca meyarının Azərbaycanda sağlam gəncliyin yetişməsi, ölkəmizin beynəlxalq aləmdə üçrəngli bayrağının yüksəklərə qaldırılması, Azərbaycanın daha da tanınması olduğunu vurğuladı. Güloğlan müəllim bu kimi yarışların təşkilinin gənc nəslin sağlamlığı, idmanda kütləviliyin əldə olunması baxımından yüksək əhəmiyyət kəsb etdiyini bildirdi.

DGK İSM-ın baş direktoru Xəzər İsayev yarış iştirakçılarını salamladı və onlara gərgin mübarizədə uğurlar arzuladı. MOK-un vitse-prezidenti əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı. Vitse-prezident təmsilçilərimizin müxtəlif mötəbər yarışlardan vətənə medallarla döndüklərini, Azərbaycanı dünyada layiqincə tanıtdıqlarını dilə gətirdi.
Yarışın əhəmiyyətini yüksək qiymətləndirən Xəzər müəllim böyük idmana gedən yolun məhz belə yarışlardan başladığını dilə gətirdi. Xəzər İsayev 2016-cı ilin Azərbaycan üçün əlamətdar illərdən olduğunu qeyd etdi. Xəzər müəllim avqustun 5-dən 21-dək Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan komandasının 18 (1 qızıl, 7 gümüş və 10 bürünc) medal qazandığını diqqətə çatdırdı: “Sevindirici haldır ki, “Rio-2016”-da medal qazanan idmançılarımızın sırasında Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun taekvondoçusu Patimat Abakarova da yer alıb. İdmançımız uğurla çıxış edərək bürünc medala yiyələnib. Bu, Azərbaycanın taekvondo tarixində qazanılmış ilk Olimpiya medalı olub”- deyə o əlavə etdi.

Federasiyasının prezidenti Ariz Ağayev idmançılara uğurlar arzuladı və yarışın yüksək səviyyədə keçiriləcəyinə inandığını bildirdi. Yarış açıq elan olunduqdan sonra dövlət himni səsləndirildi.

Yarışda “Gömrükçü” İK-nın 19 idmançısı qüvvəsini sınadı. Gərgin keçən qarşılaşmalardan sonra qaliblər müəyyənləşdi.

dsc_0095 dsc_0100

 I yer

Elşən Xanəliyev (65 kq, 19-20 yaş)

Firuz Nəbiyev (55 kq, 14-15 yaş)

Xanım Hacıyeva (55 kq, 16-17 yaş)

İlkin Dadaşov (36 kq, 12-13 yaş)

Kənan Babayev (44 kq, 12-13 yaş)

Abbas Sahabov (42 kq, 10-11 yaş)

İlyas Əlirzayev (59 kq, 14-15 yaş)

II yer

Sona Zeynalova (48 kq, 12-13 yaş)

Abdulhüseyn Quliyev (39 kq, 10-11 yaş)

Rəcəb Məmmədli (64 kq, 16-17 yaş)

Siraç Bəyəlizadə (65 kq, 19-20 yaş)

III yer

Süsən Hacıyeva (55 kq, 16-17 yaş)

Cavidan Babayev (65 kq, 19-20 yaş)

dsc_0133 dsc_0169 dsc_0180 dsc_0231 dsc_0272

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …