DGK İSM “Gömrükçü” İdman Klubunun kontakt-karate üzrə açıq birinciliyi uğurla yekunlaşdı

 

Martın 11-də 25 saylı orta məktəbin idman zalında Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun kontakt karate idman növü üzrə açıq birinciliyi keçirildi. Yarışda kiçik kadetlər, kadetlər, yeniyetmələr və gənclər mübarizə aparırdılar. Birincilikdə “Gömrükçü” İdman Klubu ilə yanaşı, ümumulikdə 5 klubdan 60-dək idmançı mübarizə apardı.

Yarışın açılış mərasimində DGK İSM “Gömrükçü”İK-nın direktoru Ramin Məmmədov, klubun karate üzrə baş məşqçisi Təbriz Bəgaliyev iştirak edirdilər. Çıxış edənlər sağlam gəncliyin yetişməsi, ölkəmizin beynəlxalq aləmdə üçrəngli bayrağının yüksəklərə qaldırılması, Azərbaycanın daha da tanınmasında idmanın böyük rolu olduğunu vurğuladılar.Qeyd olundu ki, böyük idmana gedən yolun məhz belə yarışlardan başlayır.

Yarışda “Gömrükçü” İK-nın 16 idmançısı qüvvəsini sınadı. Gərgin keçən qarşılaşmalardan sonra qaliblər müəyyənləşdi.

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …