«Gömrükçü» İdman klubunun komandası qayayadırmanma uzrə kuboka layiq görülüb

12077243_893792174007982_581353761_n
Oktyabrın 3-4-də Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Siyəzən rayonunun inzibati ərazisində yerləşən “Beşbarmaq” dağında qayayadırmanma üzrə açıq respublika çempionatı keçirilib. Yarış qayayadırmanma idman növünün sürət və çətinlik disiplinləri üzrə kişilər və qadınlar arasında üç mərhələdə (təsnifat, yarımfinal və final) təşkil edilib. Çempionatda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin «Gömrükçü» İdman Klubunu 4 idmançı təmsil edib. 100-dək idmançının iştirak etdiyi yarışda «Gömrükçü» İdman klubunun komandası ümumi hesabda üçüncü pillədə qərarlaşıb.

Komandamıza Gənclər və İdman Nazirliyinin diplomu, Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosasiyasının, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının kuboku teqdim olunub.

Bu xəbərə də bax

AzƏOK-tərəfindən müxtəlif illərdə təsis olunan mükafatlar

AzƏOK 2007-ci ildən etibarən hər il ənənəvi olaraq idman ictimaiyyətinin diqqətini bu sahəyə cəlb etmək, …