DGK İSM “Gömrükçü” İdman Klubunun birinciliyi keçirilib

çıxış

İyunun 28-də Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin yaradılmasının 15 illiyinə həsr olunmuş futzal üzrə kiçikyaşlı yeniyetmələr arasında “Gömrükçü” İdman Klubunun birinciliyi keçirilib.

Dövlət Neft Akademiyasının idman zalında təşkil olunan yarışa 2000-2003-cü illər təvəllüdlü yeniyetmə idmançılar qatılıblar. Yarışın açılış mərasimində DGK İdman Sağlamlıq Mərkəzinin baş direktoru Xəzər İsayev və onun müavini Səlhət Abbasova çıxış ediblər. Yarışın keçirilməsində məqsəd “Gömrükçü” İdman Klubunda kiçik yaşlı yeniyetmələrin futzalla müntəzəm məşğul olmalarına şərait yaratmaq, klubun futzal idman növü üzrə yığma komandasının tərkibini müəyyənləşdirmək və Azərbaycan birinciliklərində komandanın iştirakını təmin etmək olub. Beləliklə yarışda “Gömrükçü” İdman Klubunun 6 komandası iştirak edib. I yeri məşqçisi Tural Hüseynov olan klubun V komandası, II yeri məşqçisi Kəmalə İbadullayeva olan klubun II komandası, III yeri isə məşqçisi İlqar Hüseynov olan klubun IV komandası qazanıb.  Qeyd edək ki, yarışda fərqlənən komandalara diplom, medal və hədiyyələr, eləcə də ümumi hesabda I, II, III yeri tutmuş komandalara kuboklar təqdim edilib. Oyun ərzində fərqlənən oyunçular “ən yaxşı yarımmüdafiəçi”, “ən yaxşı müdafiəçi”, “ən məhsuldar oyunçu”, “ən texnikalı oyunçu” və “ən yaxşı qapıçı” nominasiyalarında mükafat və diplomlarla təltif olunublar. Həmçinin  “Gömrükçü” İdman Klubunun təşkilatçılıqda iştirak edən əməkdaşları da yarışın təşkilinə görə diplom və hədiyyələrlə mükafatlandırılıblar.

komandalar

kollektiv

Bu xəbərə də bax

AzƏOK-tərəfindən müxtəlif illərdə təsis olunan mükafatlar

AzƏOK 2007-ci ildən etibarən hər il ənənəvi olaraq idman ictimaiyyətinin diqqətini bu sahəyə cəlb etmək, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.