“Gömrükçü” İdman Klubunun açıq çempionatına yekun vurulub

 

Sentyabrın 9-10-da Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası, eləcə də Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı ilə “Gömrükçü” İdman Klubunun açıq çempionatı (boldrinq, sürət) təşkil edilib.

“ClimBaku” Dırmanma Mərkəzində təşkil edilən yarışın ilk günündə kişilər və qadınlar arasında boldrinq üzrə təsnifat yarışları keçirilib. Növbəti gün kişilər və qadınlar arasında boldrinq üzrə final mərhələsi və sürət növü yarış keçirilib.

Yarışın nəticələrini oxucularımıza təqdim edirik:

Qadınlar (Boldrinq)

1.Aysel Sultanova (“Gömrükçü” İK)
2. Şahidə Qasımova (“Tornado” İK)
3. Nərminə Abbasova (“Gömrükçü” İK)

Kişilər (Boldrinq)
1. Fərid Şahbazov (“Gömrükçü” İK)
2. Çingiz Tağızadə (“Gömrükçü” İK)
3. Ravil Xalafov (“Climber” İK)

Kişilər (Sürət)
1. Gəray Əliyev (“Ekosport” İK)
2. Əli Nəsirov (“Qərb Universiteti” İK)
3. Ruslan Məmmədov (“Gömrükçü” İK)

Ümumi komanda hesabı (3 kişi, 1 qadın)

1. “Gömrükçü-1”
2. “Gömrükçü-2”



 

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …