DGK İSM “Gömrükçü” İdman Klubu AGF kubokunu 2 qızıl, 2 bürünc medalla başa vurdu

IMG_6537-16718-920-485-100-wm-right_bottom-100-imageswmpng

“Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir başa çatıb.
Xəbər verdiyimiz kimi, turnirdə Azərbaycanla yanaşı, Belarus, Ukrayna, Özbəkistan, Qırğızıstan, Gürcüstan, İran, Bolqarıstan, Rusiya, İraq, Türkiyə və Qazaxstan pəhləvanları mübarizə aparıb. Son yarış günündə sərbəst güləş üzrə 89 gənc pəhləvan yarışıb. Yığmamızın üzvləri son yarış günündə 3 qızıl, 4 gümüş və 9 bürünc medal qazanıb. Komanda hesabında Azərbaycan 73 xalla birinci, İran 64 xalla ikinci, eyni xal toplayan Gürcüstan yığması üçüncü yerdə qərarlaşıb. Yarışın sonuncu günündə “Gömrükçü” İdman Klununun idmançısı Rahid Həmidli (85 kq) mükafat uğrunda mübarizə aparıb. Təmsilçimiz bürünc medal uğrunda görüşdə qazaxıstanlı Kantro Talantbek üzərində 7:3 hesablı qələbə qazanıb. Qeyd edək ki, “Gömrükçü” İdman Klunun güləşçilərinin Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnirdə ümümilikdə qazancı 2 qızıl, 2 bürünc medal olub. Rahid Həmidliyədək klubun üzvləri Hüseyn Hüseynzadə (63) və Tehran Əzimzadə (85 kq) qızıl, Əli Əminzadə (100 kq) isə bürünc medala layiq görülüblər.

 

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …