Gömrük orqanları arasında futzal üzrə ənənəvi çempionatın mərhələ oyunları başa çatıb  

 

Aprelin 28-də Azərbaycan Texniki Universitetinin idman zalında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə və gömrük xidmətinin yaradılmasının 27-cı ildönümünə həsr olunmuş futzal idman növü üzrə gömrük orqanları arasında ənənəvi çempionatın mərhələ oyunları başa çatıb.

Çempionatın təşkilində əsas məqsəd gömrük orqanlarında çalışan əməkdaşların sağlamlığının və fiziki hazırlığının inkişaf etdirilməsi, kütləviliyin təmin edilməsidir. Yarışda ümumilikdə iki qupda 12 komanda dairəvi sistem üzrə mübarizə aparıb. A qrupunda Gömrük Hospitalı, “Azərterminalkompleks” Birliyi, Sumqayıt Baş Gömrük İdarəsi, Cənub Baş Gömrük İdarəsi, Aksizli mallar üzrə Baş Gömrük İdarəsi, Şimal Ərazi Baş Gömrük İdarəsi, B qrupunda isə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi, Qərb Ərazi Baş Gömrük İdarəsi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, Dövlət Gömrük Komitəsinin Akademiyası, Bakı Baş Gömrük İdarəsinin komandaları iştirak edib. Çempionatın birinci mərhələsi dairəvi, ikinci (dörddəbir) və üçüncü (yarımfinal) mərhələsi isə Olimpiya sistemi əsasında keçirilib. Gərgin keçən qarşılaşmalardan sonra finala vəsiqə əldə etmiş komandalar müəyyənləşib. Mayın 10-da Azərbaycan Texniki Universitetinin idman zalında keçiriləcək final mərhələsində üçüncü yer uğrunda Bakı Baş Gömrük İdarəsinin komandası Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin komandası ilə qarşılaşacaq. Birinci və ikinci yerlər uğrunda isə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin komandası üz-üzə gələcək.

Çempionatda ilk üç yeri tutmuş komandaların üzvləri müvafiq kubok, diplom, medal və hədiyyələrlə mükafatlandırılacaqlar. Dördüncü yeri tutmuş komandaya fəxri diplomlar təqdim olunacaq. Eləcə də turnirdə fərqlənən 6 oyunçu və 2 hakim müxtəlif nominasiyalar üzrə təltif ediləcək. Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası tərəfindən təsis edilmiş “Ədalət prinsiplərinə sadiq hakim”, “Ədalət prinsiplərinə sadiq idmançı”, “Ədalət prinsiplərinə sadiq məşqçi” nominasiyaları üzrə mükafatlar da təqdim olunacaq.

Çempionatın ikinci və üçüncü mərhələsinin nəticələrini oxucularımıza təqdim edirik:

27 aprel, 2019-cu il (Dörddəbir final)

  1. “Azərterminalkompleks” Birliyi-Hava Nəqliyyatında Baş Gömrük İdarəsi 2:3
  2. Sumqayıt Baş Gömrük İdarəsi-Bakı Baş Gömrük İdarəsi 2:5
  3. Aksizli mallar üzrə Baş Gömrük İdarəsi-Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi 4:9
  4. Şimal Ərazi Baş Gömrük İdarəsi-Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi 3:5

28 aprel 2019-cu il (Yarımfinal)

  1. Hava Nəqliyyatında Baş Gömrük İdarəsi-Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi 1:5
  2. Bakı Baş Gömrük İdarəsi-Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi 2:3

 

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …