Gömrük əməkdaşları arasında futzal yarışına start verilib

 

20150205_124603

Fevralın 1-də Sumqayıt şəhər Olimpiya İdman Kompleksində Gömrük Komitəsinin idarə və müxtəlif qrumları arasında Respublika Turniri start götürüb. Yarışlar Təşkilatın 23 illiyinə həsr olunub. Yarışın açılış mərasimində DGK İdman Sağlamlıq Mərkəzinin baş direktoru Xəzər İsayev çıxış edib. O ümidvar olduğunu bildirib ki, turnir, gömrük əməkdaşlarının asudə vaxtlarının səmərəli təşkili ilə yanaşı, həm də onların sağlam həyat tərzinə cəlb olunmasına və peşəkar idman vərdişlərinə yiyələnməsinə kömək edəcək. Yarışlarda Dövlət Gömrük Komitəsinin 14 qurumunun komandası qələbə uğrunda mübarizə aparır. Onların arasında ötən illərin tanınmış idmançıları-taekvondo üzrə dünya çempionu Niyaməddin Paşayev, boks üzrə Pekin Olimpiadasının bürünc mükafatçısı Şahin İmranov və başqaları qələbə uğrunda mübarizə aparırlar.

Xatırladaq ki, 01 fevral 2015-ci il tarixindən 05 fevral 2015-ci il tarixədək “A” qrupunun oyunları keçirilmişdir.
Qrupda Tovuz Gİ, AR.DGK,  “Azterminalkompleks” Birliyi, HNBGİ, Sumqayıt BGİ, Xaçmaz Gİ, Avtonəqliyyat Baş Gİ.A  qrupunda yüksək xal toplamış I-IV yerləri tutmuş komandalar (1\4) final mərhələsində iştirak edirlər.

Beləliklə A qrupunda:

1-ci yerdə 18 xalla – HNBGİ

2-ci  yerdə 15 xalla – AR.DGK

3-cü  yerdə 12 xalla – Sumqayıt BGİ

4-cü  yerdə 7 xalla – Tovuz Gİ

5-ci yerdə 7 xalla – Avtonəqliyyat Baş Gİ

6-cı yerdə 3 xalla – “Azterminalkompleks” Birliyi

7-ci yerdə 0 xalla – Xaçmaz Gİ

Tovuz Gİ və Avtonəqliyyat Baş Gİ xalları bərabər olsa da, fərq ondadır ki, Tovuz Gi 12 top vurub 13 top buraxıb, Avtonəqliyyat Baş Gi isə 17 top vurub lakin 29 top buraxıb.

Hər qrupdan 4 komanda növbəti mərhələyə vəsiqə qazanır.

“B” qrupunun oyunları isə 13-16 Aprel tarixində Bakı şəhəri Gənclik İdman Sağlamlıq Mərkəzinin İdman zalında keçiriləcək.

Bu xəbərə də bax

AzƏOK-tərəfindən müxtəlif illərdə təsis olunan mükafatlar

AzƏOK 2007-ci ildən etibarən hər il ənənəvi olaraq idman ictimaiyyətinin diqqətini bu sahəyə cəlb etmək, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.