Gənc taekvondoçularımızdan uğurlu çıxış


Avqustun 6-dan 8-dək taekvondo idman növü üzrə gənclər arasında Azərbaycan birinciliyi keçirilib. Yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü”İdman Klubunun təmsilçiləri də qüvvələrini sınayıblar.


İdmançılarımızdan məşqçi-müəllim  Müqabil Məmmədovun yetirməsi Nicat İsmayılzadə (63 kq) və məşqçi müəllim Vurğun Cəfərovun yetirməsi Zeynəb Məmmədova (52 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Məşqçi-müəllim Müqabil Məmmədovun digər yetirmələri Ayan Səlimzadə (63 kq) və Nəzrin Muradova (59 kq) gümüş, Məryəm Vəlizadə (49 kq),Allahverdi Mustafazadə (73 kq) bürünc medallar qazanıblar. 

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …