Gənc taekvondoçularımız “Sofia open” turnirində bir qızıl və bir bürünc medal qazanıblar

Bolqarıstanın paytaxtı Sofiyada taekvondo üzrə beynəlxalq turnir keçirilib.

Turnirə altı idmançı ilə qatılan gənclərdən ibarət Azərbaycan yığması bir qızıl və bir bürünc medala sahib olub.

Komandamızın üzvü Xanoğlan Kərimov (51 kq) “G1” kateqoriyalı yarışda rəqiblərindən üstün olaraq turnirin qızıl medalına layiq görülüb. Onun komanda yoldaşı Bəhruz Quluzadə (48 kq) isə yarımfinaladək irəliləsə də, həlledici mərhələyə yüksələ bilməyib və bürünc medalla kifayətlənib.

Turnirin qalibi olan idmançılar 10 reytinq xalı qazanıblar.

Gənc taekvondoçularımız turnirə baş məşqçi Məmməd Abdullayevin rəhbərliyi ilə qatılıblar.

Qeyd edək ki, məşqçi-müəllim Vurğun Cəfərovun yetirməsi olan Xanoğlan Kərimov Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun üzvüdür.

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …