Gənc güləşçilərimiz Bakı birinciliyində 2 qızıl, 1 gümüş, 3 bürünc medal qazanıblar

 

Oktyabrın 10-11-də Hövsan Olimpiya İdman Kompleksində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçirilib. Yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü”İdman Klubunun təmsilçiləri də qüvvələrini sınayıblar. Yunan-Roma güləşi üzrə yarışlarda əməkdar məşqçi Xəzər İsayevin yetirməsi Tehran Əminzadə (120 kq) və məşqçi Nazim Əhmədovun yetirməsi Nurağa Yusifli (57 kq) bütün rəqiblərini üstələyərək çempion adını qazanıblar. Məşqçi Xanlar Yaqibekovun yetirməsi Təmkin Həziyev (50 kq) gümüş medala yiyələnib. Məşqçi Araz Maqsudovun yetirmələri Cabir Əsədov (50 kq), Faiq Zeynalov (50 kq) və məşqçi İqdam Ələkbərovun yetirməsi Dənizxan Əzimov (74 kq) bürünc medallar əldə ediblər.

 

 

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …