Futzal üzrə yarışlara yekun vuruldu

????????????????????????????????????

Azərbaycan  Respublikası Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan qurumlar arasında fevralın 1-də başlamış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 23 illiyinə həsr olunmuş futzal üzrə yarışlara mayın 6-da yekun vuruldu.

Yarışların bağlanış mərasimində Dövlət Gömrük Komitəsinin sədrinin müavini, futzal üzrə yarışların komissiyanın sədri gömrük xidməti general-leytenantı Rza Həsənəliyevin rəhbərliyi ilə nümayəndə heyəti,  yarışlarda fərqlənən komandalar və idman ictimaiyyətin nümayəndələri iştirak etmişdir.

Yarışların Təşkilat Komitəsinin rəhbərinin müavini Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin baş direktoru Xəzər İsayev birinciliyin başa çatması ilə əlaqədar yarışların Təşkilat Komitəsinin rəhbəri Dövlət Gömrük Komitəsi sədrinin müavini Gömrük xidməti general-leytenantı  Rza Həsənəliyevə raport verdi.

 

Yarışların yekunuyla əlaqədar Dövlət Gömrük Komitəsi sədrinin müavini Gömrük xidməti general-leytenantı  Rza Həsənəliyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının növbəti ildönümü ərəfəsində başa çatan turniri gömrükçülərin həm xidməti, həm də idman həyatında əlamətdar hadisə kimi dəyərləndirərək, yarışlarda iştirak edən Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan qurumlar arasında keçirilən birincilikdə fərqlənən komandalara dərin təşəkkürünü bildirdi və qeyd etdi ki, -Azərbaycan Respublikası gömrük orqanlarında xüsusi fiziki hazırlıq üzrə fəaliyyətin təşkilinə dair təlimatın tələblərinin yerinə yetirilməsi və gömrük orqanı əməkdaşlarının fiziki cəhətdən sağlamlığını təmin etmək məqsədi ilə Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan qurumlar arasında ənənəvi olaraq hər il  qeyd olunan yarışlar keçirilir, yarışlarda  fərqlənən komandalar və komandaların oyunçuları mükafatlandırılır. Bu ənənə bu gün də davam etdirilir.

Yarışlarda I yerə  Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi, II yerə Dövlət Gömrük Komitəsi, III yerə Bakı Baş Gömrük İdarəsinin komandası layiq görülmüşlər.

Qaliblər diplomlomlarla təltif olundular. Bundan əlavə, yarışlarda ən gənc idmançı, ən əzmkar idmançı və ən texnikalı idmançılar üçün də xüsusi mükafatlar təqdim edildi. Həmçinin MOK-un Ədalətli Oyunlar Komissiyası tərəfindən ədalət prinsiplərinə sadiq məşqçi, idmançı, hakim nominasiyası üzrə də xüsusi mükafatlar təqdim olundu.

  • Ədalət prinsiplərinə sadiq idmançı – Elçin İsmayılov, Bakı Baş Gömrük İdarəsi
  • Ədalət prinsiplərinə sadiq məşqçi -Seyidov Süleyman Qədir oğlu, Naxçıvan MR DGK
  • Ədalət prinsipinə sadiq hakim isə Namazov Ramil Rauf oğlu seçildi.

3

4

5

6

7

DSC_0008

 

Bu xəbərə də bax

AzƏOK-tərəfindən müxtəlif illərdə təsis olunan mükafatlar

AzƏOK 2007-ci ildən etibarən hər il ənənəvi olaraq idman ictimaiyyətinin diqqətini bu sahəyə cəlb etmək, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.