Birincilikdə “B” qrupunun açılış mərasimi keçirilib

q2

Aprelin 8-də Qusar Olimpiya İdman Kompleksində Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan qurumlar arasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş futzal üzrə birinciliyin “B” qrupunun açılış mərasimi keçirilmişdir.

Əvvəlcə gömrükçülər ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklillər və gül dəstələri düzərək ulu öndərin xatirəsini ehtiramla yad etmişlər.

Sonra gömrükçülər Heydər Əliyev Mərkəzinə gələrək muzeydə dahi rəhbərin həyat yolunu, çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxmışlar.

Daha sonra Qusar Olimpiya İdman Kompleksində  Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan qurumlar arasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş futzal üzrə birinciliyin “B” qrupunun açılış mərasimi keçirilmişdir.

Mərasimi giriş sözü ilə açan Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov bu yarışın məhz  Qusar rayonunda keçirilməsinə görə Dövlət Gömrük Komitəsinin rəhbərliyinə təşəkkür edərək  bildirdi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin başladığı məqsədyönlü idman siyasəti bu gün dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə olimpiya hərəkatı ildən-ilə geniş vüsət alır. Dünya, Avropa çempionatlarında, Olimpiya oyunlarında idmançılarımızın parlaq qələbələri buna əyani sübutdur. Dövlət başçısının idman sahəsinə göstərdiyi böyük qayğı idmançılarımızın da yarışlara daha inamla, əzmlə qatılmasına böyük təkan verir.

Daha sonra Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Dövlət Gömrük Komitəsi İdman-Sağlamlıq Mərkəzinin baş direktoru Xəzər İsayev ulu öndərin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş və bu gün açılışı gerçəkləşdirilən turniri gömrükçülərin idman həyatında əlamətdar hadisə kimi dəyərləndirmiş, komandalara uğurlar arzulamışdır. X.İsayev ümummilli lider Heydər Əliyevin Azərbaycanda bütün sahələrə, o cümlədən idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan söhbət açmış, uşaqların və gənclərin sağlam mühitdə böyüməsinə yönələn bu siyasətin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etmişdir.

Rəsmi açılış mərasimindən sonra futzal üzrə birinciliyin sonuncu qrupunun yarışlarına start verilmişdir.

Qeyd edək ki, “B” qrupuna daxil olan komandalar arasında yarışlar aprelin 8-dən 12-dək davam etmişdir.

q3

qusar

Bu xəbərə də bax

AzƏOK-tərəfindən müxtəlif illərdə təsis olunan mükafatlar

AzƏOK 2007-ci ildən etibarən hər il ənənəvi olaraq idman ictimaiyyətinin diqqətini bu sahəyə cəlb etmək, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.