Futzal üzrə birincilik başa çatıb

18

Mayın 10-da Bakıda “Abu Arena” idman Kompleksində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş futzal üzrə birincilik başa çatmışdır. Yanvarın 30-dan mayın 10-dək davam edən birincilikdə 14 komanda qalib adı uğrunda mübarizə aparmışdır.

Yarımfinal mərhələsində Hava Nəqliyyatında  Baş Gömrük İdarəsinin  komandası  üçüncü yerin sahibi olmuşdur. Birincilik uğrunda isə Bakı Baş Gömrük İdarəsi (2) komandası ilə Naxçıvan MR Dövlət Gömrük Komitəsinin yığma komandası  mübarizə aparmışlar. Gərgin oyun Bakı Baş Gömrük İdarəsi (2)  komandasının xeyrinə – 5:4 hesabı ilə başa çatmışdır.

Beləliklə, BBGİ (2) I, Naxçıvan MR DGK  II, HNBGİ komandası isə III yerə çıxmışlar.

Yarışın bağlanış mərasimində iştirak edən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev ulu öndərin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş turniri gömrükçülərin idman həyatında əlamətdar hadisə kimi dəyərləndirmiş, məhsuldar keçən final yarışlarında komandaların sərgilədiyi oyunlardan razılığını ifadə etmişdir. Final oyunlarının bu günlərdə keçirilməsinin heç də təsadüfi olmadığını vurğulayan S.Mehdiyev ümummilli lider Heydər Əliyevin Azərbaycanda bütün sahələrə, o cümlədən idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan söhbət açmış, uşaqların və gənclərin sağlam mühitdə böyüməsinə yönələn bu siyasətin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etmiş, bölgələrimizdə gənclərin idmana və bədən tərbiyəsinə axınını, eləcə də respublikamızın rayonlarında dünya standartlarına cavab verən olimpiya idman komplekslərinin istifadəyə verilməsini, bu işlərin geniş vüsət almasını dövlətimizin idmana verdiyi yüksək dəyərin bariz nümunəsi kimi səciyyələndirmişdir. Sonda bir daha qalib komandaları təbrik edən S.Mehdiyev onlara gələcək yarışlarda uğurlar arzulamışdır.

Sonra DGK rəhbərliyi tərəfindən turnirin qaliblərinə və mükafatçılarına Dövlət Gömrük Komitəsinin diplomları, medal və qiymətli hədiyyələri təqdim olunmuşdur.

1

fb4b0d4774c141ec148b83cfed8e78be

Bu xəbərə də bax

AzƏOK-tərəfindən müxtəlif illərdə təsis olunan mükafatlar

AzƏOK 2007-ci ildən etibarən hər il ənənəvi olaraq idman ictimaiyyətinin diqqətini bu sahəyə cəlb etmək, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.