Futzal üzrə birincilik başa çatıb

y1

Mayın 10-da Bakıda “Abu Arena” İdman Kompleksində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş futzal üzrə birincilik başa çatmışdır.

Xatırladaq ki, fevralın 1-dən start götürən birincilikdə iki qrup üzrə 16 komanda mübarizə aparmışdır.

Yarımfinal mərhələsində Tovuz Gömrük İdarəsinin komandası üçüncü yerin sahibi olmuşdur. Birincilik uğrunda isə Bakı Baş Gömrük İdarəsinin 1-ci (BBGİ-1) komandası ilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin (HNBGİ) komandası mübarizə aparmışlar. Gərgin oyunun əsas vaxtı 4:4 hesabı ilə başa çatsa da, əlavə vaxtda da tərəflər oyunu heç-heçə – 5:5 hesabı ilə bitiriblər. Nəhayət, penalti zərbələrində BBGİ-1 komandası fərqlənə bilmişdir.

Beləliklə, BBGİ-1 komandası I, HNBGİ komandası II, Tovuz Gİ komandası isə III yerə çıxmışlar.

Yarışın bağlanış mərasimində iştirak edən Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Rza Həsənəliyev ulu öndərin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş turniri gömrükçülərin idman həyatında əlamətdar hadisə kimi dəyərləndirmiş, məhsuldar keçən final yarışlarında komandaların sərgilədiyi oyunlardan razılığını ifadə etmişdir. Final oyunlarının bu günlərdə keçirilməsinin təsadüfi olmadığını vurğulayan R.Həsənəliyev ümummilli lider Heydər Əliyevin Azərbaycanda bütün sahələrə, o cümlədən, idmanın inkişafına daim diqqət və qayğı göstərdiyini, hazırda isə bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir. Qeyd edilmişdir ki, bölgələrimizdə gənclərin idmana axını, eləcə də dünya standartlarına cavab verən Olimpiya idman komplekslərinin istifadəyə verilməsi, bu işlərin geniş vüsət alması dövlətimizin bu sahəyə verdiyi yüksək dəyərin bariz nümunəsidir.

Sonda bir daha qalib komandaları təbrik edən R.Həsənəliyev onlara gələcək yarışlarda uğurlar arzulamışdır.

Sonra DGK rəhbərliyi tərəfindən turnirin qaliblərinə və mükafatçılarına Dövlət Gömrük Komitəsinin kubok, diplom və medalları, eləcə də hədiyyələr təqdim olunmuşdur.

y

DSC_0260

Bu xəbərə də bax

AzƏOK-tərəfindən müxtəlif illərdə təsis olunan mükafatlar

AzƏOK 2007-ci ildən etibarən hər il ənənəvi olaraq idman ictimaiyyətinin diqqətini bu sahəyə cəlb etmək, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.