Futzal üzrə birincilik başa çatıb

_DSC0445

Mayın 10-da “Abu Arena” idman kompleksində xalqımızın ümummilli lideri  Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş futzal üzrə birincilik başa çatıb.                                                                                      

Xatırladaq ki, fevralın 1-dən start götürən birincilikdə iki qrup üzrə 16 komanda mübarizə aparıb. Yarımfinal mərhələsində Bakı Baş Gömrük İdarəsinin komandası 3-cü yerin sahibi olub. Birincilik uğrunda isə Naxçıvan MR Dövlət Gömrük Komitəsinin komandası ilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin (HNBGİ) komanadası mübarizə aparıb. Gərgin keçən oyunda 3:1 hesabı ilə Naxçıvan MR DGK komandası qələbə qazanıb. Beləliklə, Naxçıvan MR DGK komandası I , HNBGİ komandası II, BBGİ komandası isə III yerə çıxıb.

Yarışın bağlanış mərasimində iştirak edən Dövlət Gömrük Komitəsinin sədrinin müavini, gömrük xidməti general-leytenantı Rza Həsənəliyev ulu öndərin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş turniri gömrükçülərin idman həyatında əlamətdar hadisə kimi dəyərləndirib, məhsuldar keçən final yarışlarında komandaların sərgilədiyi oyunlardan razılığını ifadə edib. Final oyunlarının bugünlərdə keçirilməsinin təsadüfi olmadığını vurğulayan R.Həsənəliyev ümummilli lider Heydər Əliyevin Azərbaycanda bütün sahələrə, o cümlədən idmanın inkişafına daim diqqət və qayğı göstərdiyini, hazırda isə bu siyasətin Prazident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Qeyd edilib ki, bölgələrimizdə gənclərin idmana axını, eləcə də dünya standartlarına cavab verən Olimpiya idman komplekslərinin istifadəyə verilməsi, bu işlərin geniş vüsət alması dövlətimizin bu sahəyə verdiyi yüksək dəyərin bariz nümunəsidir. Sonra DGK rəhbərliyi tərəfindən turnirin qaliblərinə və mükafatçılarına Dövlət Gömrük Komitəsinin kubok, diplom və medalları, eləcə də hədiyyələr təqdim olunub.

_DSC0410

_DSC0414

Bu xəbərə də bax

AzƏOK-tərəfindən müxtəlif illərdə təsis olunan mükafatlar

AzƏOK 2007-ci ildən etibarən hər il ənənəvi olaraq idman ictimaiyyətinin diqqətini bu sahəyə cəlb etmək, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.