Futzal üzrə ənənəvi birincilik uğurla yekunlaşdı

DSC_0055Mayın 6-da ABU Arena İdman Kompleksində Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan qurumlar arasında Azərbaycan Dövlət Gömrük Komitəsinin yaradılmasının 24 illiyinə həsr olunmuş futzal üzrə ənənəvi birinciliyin final qarşılaşmaları keçirildi.  Birinciliyin təşkilində əsas məqsəd gömrük orqanlarında çalışan əməkdaşların sağlamlığının və fiziki hazırlığının inkişaf etdirilməsi, kütləviliyin təmin olunması idi. Xatırladaq ki, fevralın 1-də start götürən yarışlarda 4 mərhələ üzrə 2 qrupda (A və B qrupları) ümumilikdə 14 komanda iştirak etmişdi. A qrupunda Naxçıvan MR DGK, Enerci Gİ, AR DGK, Gəncə Gİ, Tovuz Gİ, Avtonəqliyyat Baş Gİ, Balakən Gİ, B qrupunda HNB Gİ, Xaçmaz Gİ, Bakı Baş Gİ, Sumqayıt Baş Gİ, Biləsuvar Gİ, Azterminalkompleks Birliyi, Astara Gİ-nin komandaları mübarizə aparmışdı. A qrupunun qarşılaşmaları Gənclik İdman Sağlamlıq Mərkəzində, B qrupu üzrə yarışlar isə Astara Olimpiya İdman Kompleksində təşkil olunmuşdu. Yarışların III (¼) və IV mərhələsi (yarımfinal) Astara Olimpiya İdman Kompleksində keçirilmişdi. İlkin mərhələdə yarışlar dairəvi sistem üzrə, ¼ final mərhələsinə çıxmış 8 komanda isə Olimpiya sistemi üzrə oynayırdı. A və B qrupunda yüksək xal toplayaraq I-IV yerləri tutmuş komandalar final mərhələsində iştirak etmək hüququ qazanmışdı.

DSC_0028

DSC_0019

Mayın 6-da keçirilən həlledici mərhələdə Naxçıvan MR Dövlət Gömrük Komitəsinin komandası Bakı Baş Gömrük İdarəsinin komandası ilə qarşılaşdı. Oyun

Naxçıvan MR Dövlət Gömrük Komitəsinin komandasının xeyrinə 8:1 hesabı ilə başa çatdı.

DSC_0052

3-cü yer uğrunda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin və Hava Nəqliyyat Baş Gömrük İdarəsinin komandaları üz-üzə gəldilər. Bu mübarizədən isə 3:1 hesabı ilə Hava Nəqliyyat Baş Gömrük İdarəsinin komandası qalib ayrıldı.

DSC_0056

Yarışlarda ilk üç yeri tutmuş komandalar müvafiq diplom, medal, kubok və hədiyyələrlə mükafatlandırıldılar. Mükafatlandırma mərasimində Dövlət Gömrük Komitəsi sədrinin I müavini g/x general-leytenantı Səfər Mehdiyev, DGK sədrinin müavinləri g/x general leytenantı Rza Həsənəliyev, g/x general-leytenantı Əsgər Abdullayev, g/x general-leytenantı Şahin Bağırov, Bakı Baş Gömrük İdarəsinin rəisi g/x general mayoru Vüsal Novruzov, Milli Olimpiya Komitəsnin vitse-prezidenti, Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin baş direktoru g/x polkovniki Xəzər İsayev iştirak edirdilər.

 

DSC_0058

DSC_0107

 

 

2

1 2 3

Turnirdə fərqlənən 7 oyunçu müxtəlif nominasiyalarda diplomlarla təltif olundular. Sahil Muradov «ən məhsuldar oyunçu», Orxan Hüseynov  «ən əzmkar oyunçu», Vüsal Məcidov «ən texnikalı oyunçu», Ülvi Məmmədov «ən yaxşı yarımmüdafiəçi», Hikmət Məmmədov «ən yaxşı müdafiəçi», Rahil Tahirli «ən yaxşı qapıçı», Azad Hüseynov «ən yaxşı hakim» nominasiyalarının qalibi oldular. Mərasimin yekununda Azərbaycan Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev tərəfindən Suleyman Seyidova “ədalət prinsiplərinə sadiq məşqçi”, Ülvi Məmmədova “ədalət prinsiplərinə sadiq idmançı”, Nizami Şərifova “ədalət prinsiplərinə sadiq hakim” nominasiyalarında mükafatlar təqdim olundu.

Bu xəbərə də bax

Taekvondoçumuz  Avropa çempionatının bürünc medalına sahib çıxıb

 Mayın 10-dan 13-dək Rusiyanın Kazan şəhərində keçirilən taekvondo üzrə Avropa çempionatına yekun vurulub. Yarışda yığma …