Futbol

kids-prozone-jg

Futbolun dəqiq harda və nə vaxt yarandığı məlum deyil. Ayaqla top oyunu Qədim Şərq xalqlarına məlum idi və antik dövrün ölkələri olan Yunanıstan və Romada geniş yayılmışdı.
16-cı əsrin ortalarında İngiltərədə qədim və indiki futbola oxşayan oyunlar çox məşhur olub. Şəhərin küçə və meydanlarında hər iki tərəfdən 500-dən çox adamın oynadığı bu oyun əlbəyaxa döyüşlərin getdiyi meydanı xatırladıb. O vaxt günorta başlayan oyun axşam qaranlıq düşənə qədər davam edirmiş. Topu təyin olunan yerə çatdıran və ya eni 400 metr olan «qapı xətti»ni keçən komanda qalib hesab olunurmuş.
Həmin vaxt oyunlar üçün ayrıca sahələr olmadığı kimi, müasir futboldakı qayda-qanunlar da olmayıb.

1863-cü ilin oktyabrında Londonda top oyunu həvəskarları toplaşırlar. Onlar arasında mübahisə gedir: futbolu “yalnız ayaqla” oynasınlar, yoxsa “ayaq və əllə”? “Yalnız ayaqla” oyun tərəfdarları öz ittifaqlarını yaradırlar. Bu ittifaq da oyunun ilk qaydalarını işləyib-hazırlayırlar. Həmin qaydalar heç də mükəmməl deyildi və bir neçə onillik ərzində ona əlavələr oldu, dəyişikliklər edildi. Hakim meydana fit ilə yalnız 1878-ci ildə çıxmışdır. Həmin vaxta qədər hakim meydandan kənarda otururdu və oyunçular ona müraciət etdikdə onların mübahisələrini həll edirdi. Onbirmetrlik cərimə zərbəsi (penalti) 1891-ci ildən oyunun qaydalarına daxil edilmişdir. 1926-cı ildən isə birbaşa küncdən zərbə ilə vurulan qolları da hesaba almağa başlamışlar.

Futbol meydanı uzunluğu 90 – 110 metr, eni 60 – 75 metr olan düzbucaqlı şəkildədir. Qısa tərəflərin ortasında bir-biri ilə üzbəüz iki qapı olur, dəri topu da bu qapılardan keçirmək lazımdır. Futbol qapısının sahəsi 18 m-dir (eni 7.32 m, hündürlüyü 2.44 m).

Futbol üzrə dünya çempionatı dörd ildən bir təşkil edilir. 1930-cu ildə keçirilən ilk çempionatın qalibi “Uruqvay” olmuşdur. Sonuncu çempionat 2014-cu ildə 11 iyun-11 iyul tarixləri arasında Braziliya-da keçirilmiş və çempion adına finalda “Argentinanı”nı 1-0 hesabı ilə məğlub edən “Almaniya ” millisi layiq görülmüşdür. Futbol üzrə dünya çempionu adına ən çox “Braziliya” millisi layiq görülmüşdür (5 dəfə).

Rəqibə təpik vurmaq, badalaq gəlmək, təhlükəli hücum etmək, onun üstünə atılmaq, onu əl ilə tutmaq və itələmək futbolçuya qadağan edilir. Qapıçıdan başqa heç kim bilərəkdən əllə oynamamalıdır. Oyunun bu qaydaları pozulduqda hakim cərimə zərbəsi təyin edir. Əgər oyunçu oyunun qaydalarını pozmaqda davam edərsə, hakim ona xəbərdarlıq edir. Futbolçu bundan sonra da oyun qaydalarını pozursa onu meydandan çıxarırlar.

Futbolda “oyundankənar vəziyyət” deyilən çox mühüm bir anlayış var. Belə bir vəziyyət yarandıqda oynamaq olmaz. Əgər futbolçu topu öz komanda yoldaşına ötürərkən yoldaşı ilə rəqib qapıçı arasında təkcə rəqib qapıçı qalıbsa, onda “oyundankənar vəziyyət yaranır” yaranır. Başqa sözlə, ön hücum xəttində mövqe seçərkən qarşında qapıçı da daxil olmaqla azı 1 oyunçu olmalıdır.

Dünyaca məhşur olan bu idman növü Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunda 13 fevral 2014-cü ildən etibarən fəaliyyət göstərir. Xatırladaq ki, bu idman növündə məşqçi-müəllim kimi keçmiş illərin  məhşur Qadınlardan ibarət  “Gömrükçü” Futbol Klubunun futbolçuları İbadullayeva Kəmalə Əlibala qızı və Quliyeva İradə Ənvər qızı çalışırlar. Onların təcrübə və səyləri nəticəsində klubumuzda futbol inkişaf dövrünü yaşamaqdadır. Bu məqsədlə hər il ənənəvi olaraq Dövlət Gömrük Komitəsinin İdman Sağlamlıq Mərkəzinin açıq birinciliyi keçirilir.

Məhz keçən il İyunun 28- də DGK İdman Sağlamlıq Mərkəzinin yaranmasının 15 illiyinə həsr olunmuş futzal üzrə kiçikyaşlı yeniyetmələr arasında “Gömrükçü” İdman Klubunun birinciliyi baş tutmuşdur. Dövlət Neft Akademiyasının idman zalında təşkil olunan yarışa 2000-2002-2003-cü il təvəllüdlü yeniyetmə futbolçular qatılmışdır. yarışda “Gömrükçü” İdman Klubunun 6 komandası iştirak etmiş və I yeri məşqçisi Tural Hüseynov olan Klubun V komandası, II yeri məşqçisi Kəmalə İbadullayeva olan Klubun II komandası, III yeri isə məşqçisi İlqar Hüseynov olan Klubun IV komandası qazanmışdır.  Qeyd edək ki, yarışda fərqlənən komandalara diplom, medal və hədiyyələr, eləcə də komanda hesabında I, II, III yeri tutmuş komandalara kuboklar təqdim edilmişdir. Oyun ərzində “yaxşı yarımmüdafiəçi”, “ən yaxşı müdafiəçi”, “ən məhsuldar”, “ən texnikalı” və “ən yaxşı qapıçı” kimi fərqlənən idmançılar da mükafat və diplomlarla təltif olunmuşdur.