EL-1 idman növü üzrə açıq birincilik keçirilib

 

 

11948491_499570236871308_522480199_o

Azərbaycan  Respublikası Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun  EL-1 idman növü üzrə oğlanlar və qızlar asrasında Açıq birinciliyi keçirilib.

Tədbiri giriş sözü ilə açan  DGK İdman Sağlamlıq Mərkəzinin baş direktoru Xəzər İsayev yarış iştirakçılarına uğurlar arzulayaraq, Azərbaycanda bədən tərbiyəsi və idmana göstərilən dövlət qayğısından geniş söhbət açıblar.

Xəzər müəllim qeyd edib ki, Respublikamızın dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında bu sahədə aparılan düşünülmüş, planlı dövlət siyasəti, atılan düzgün addımlar sayəsində ölkəmiz Avropanın və dünyanın tanınmış idman ölkələrindən birinə çevrilib. Son illər müxtəlif səviyyəli beynəlxalq yarışların ölkəmizdə keçirilməsi və idmançılarımızın əldə etdiyi yüksək nailiyyətlər, eləcə də bu il I Avropa Oyunlarının respublikamızda təşkil olunması bunun əyani sübutudur.
Diqqətinizə çatdıraq ki, EL-1 idman növü üzrə keçirilən yarışlar  2015-ci il avqust ayının 26-sı keçirilirdi. Bildiyiniz kimi həm də bu yarışların keçirilməsi Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın doğum gününə təsadüf edirdi. Bu münasibətilə də DGK İSM-nın baş direktoru Xəzər İsayev “Gömrükçü” İdman Klubununun əməkdaşları ,EL-1idman növü üzrə iştirak edən idmançılar adından Mehriban xanımı təbrik etmiş,  can sağlığı,   xoşbəxtlik, əmin-amanlıq, Azərbaycan xalqının rifahı naminə geniş və məsuliyyətli  fəaliyyətində davamlı uğurlar arzulamışdır. Həmçinin yarış təşkilatçıları və iştirakçıları adından Mehriban xanım Əliyevaya ad günü münasibətilə təbrik məktubu ünvanlanmışdır.

Gənc idmançıların şou-proqramı ilə davam edən tədbbirin ardınca final görüşlərinə start verilib. Məlumat üçün bildirək ki,  bu yarışda müxtəlif rayonlardan 8 komandanın tərkibində ümumilikdə 85 idmançı iştirak etmişdir.

 

Yarışda yer tutmuş komandalar

I yer –  “ Gömrükçü ” İdman Klubu

II yer – Binəqədi İFK

III yer – Qala İdman Klubu

Yarış ərəfəsində  ümumilikdə fərqlənmiş ən texnikalı idmançı, ən gənc idmançı, ən əzmkar idmançı, ən yaxşı hakim (2 nəfər) Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzi tərəfindən müvafiq dərəcəli diplom və hədiyyələrlə təltif olunmuşlar.

Ən texnikalı idmançı Həsənov Nurlan

Ən gənc idmançı Hüseynli Məhəmmədəli

Ən əzmkar idmançı Qəmbərli Kənan

Ən yaxşı hakim Babayev Arzu

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasnın sədri Xəzər İsayev tərəfindən ədalət prinsiplərinə sadiq olan idmançı, məşqçi və hakim nominasiyası üzrə xüsusi hədiyyələr təqdim olunmuşdur.

Ədalət prinsiplərinə sadiq olan idmançı Anar Bağırov

Ədalət prinsiplərinə sadiq olan məşqçi  Mayıl Abdullayev

Ədalət prinsiplərinə sadiq olan hakim   Arzu Babayev

 

Ədalət prinsiplərinə sadiq olan məşqçi Çobanzadə Elçin Əlişah oğlu

Ədalət prinsiplərinə sadiq olan idmançı  Mürsəlov Elçin Hacıvaerdi oğlu

Tədbirə dəvət olunmuş fəxri qonaqlar da yarışın yüksək səviyyədə təşkilinə görə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayevə öz dərin minnətdarlığını bildirmiş, yarış iştirakçılarına uğurlar arzulamışlar.

11929899_499570603537938_1712284604_o

11939173_499570423537956_1964570689_o

11942541_499570743537924_1739452682_o

Bu xəbərə də bax

AzƏOK-tərəfindən müxtəlif illərdə təsis olunan mükafatlar

AzƏOK 2007-ci ildən etibarən hər il ənənəvi olaraq idman ictimaiyyətinin diqqətini bu sahəyə cəlb etmək, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.