Dünya “Fair Play” mükafatlarının təqdim edilməsi mərasimi keçirilib

254602_0Bakı Biznes Mərkəzində keçirilən tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Beynəlxalq “Fair Play” Komitəsinin prezidenti Jeno Kamyuti, Avropa “Fair Play” Hərəkatının prezidenti Kristian Hinterberqer və digər şəxslər iştirak ediblər.
254602_1Mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov oktyabrın 7-dən 11-dək ölkəmizdə Avropa “Fair Play” Hərəkatının (EFPM) və Beynəlxalq “Fair Play” Komitəsinin (CIFP) birgə konqresinin uğurla keçirildiyini qeyd edərək qonaqlara uğurlar arzulayıb.254602_2A.Rəhimov, həmçinin dünya və Avropa “Fair Play” mükafatlarına layiq görülən şəxslərə təbriklərini çatdırıb.
Avropa “Fair Play” Hərəkatının prezidenti Kristian Hinterberqer nazir Azad Rəhimova EFPM-in xüsusi mükafatını təqdim edib.

254602_3Həmçinin EFPM və CİFP prezidentlərinə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin plaketləri təqdim olunub.
Mərasimdə Avropa “Fair Play” Hərəkatının, Beynəlxalq “Fair Play” Komitəsinin və Beynəlxalq İdman Mətbuatı Assosiasiyası Avropa təşkilatının mükafatları da müxtəlif nominasiyalar üzrə qaliblərə təqdim edilib.254602_4Tədbirdə, həmçinin Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının idman təşkilatları arasında apardığı sorğunun nəticərinə görə qaliblər elan edilib və mükafatlandırılıblar.
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev bu sahədəki xidmətlərinə görə beynəlxalq mükafata layiq görülüb. Ədalətli oyun prinsiplərinə sadiq idman xadimi nominasiyasında Azərbaycan Taekvondo və Boks federasiyalarının prezidenti Kəmaləddinn Heydərov, ədalətli oyun prinsiplərinin təbliğatçısı nominasiyasında isə “İdman” qəzetinin baş redaktoru, əməkdar jurnalist Qabil Mehdiyev fərqləniblər.
Ədalətli oyun prinsiplərinə sadiq hakim, məşqçi və idmançı nominasiyalarında isə müvafiq olaraq beynəlxalq dərəcəli hakim Nərgiz Mehdiyeva, məşqçi Rəhman Hətəmov və yunan-Roma güləşçisi Rəsul Cunayev mükafatlandırılıblar.
Mərasimdə, həmçinin Türkiyə, Rusiya və Azərbaycanın ədalətli oyunlar komissiyalarının xüsusi mükafatları da təqdim edilib.

254602_17

254602_5

254602_6 254602_7 254602_8 _NDA6124_NDA6150_NDA6126_NDA6130_NDA6136_NDA6142_NDA6146
254602_10 254602_11 254602_12 254602_13 254602_14 254602_15

254602_16

Bu xəbərə də bax

Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının 20 illik yubileyi qeyd olunub

Sentyabrın 17-də Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) 20 illik yubileyi qeyd olunub. …