Döyüşçülərimiz Dünya kubokunun medallarına sahib çıxıblar

15730917_892987570837651_420381400_n

 

Dekabrın 16-20-də paytaxtımızda budo döyüş növləri üzrə Dünya kuboku keçirilib. Yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü”İdman Klubunun idmançıları da qüvvələrini sınayıblar. Yarışda 65 kq çəki dərəcəsində layt-kontakt versiyası üzrə təmsilçimiz Təbriz Bəgalıyev birinci yerə layiq görülüb.

9-10 yaşlı idmançılar arasında Əbdülhüseyn Quliyev bütün rəqiblərini üstələyərək çempion olub. 18 yaşdan yuxarı idmançıların mübarizəsində Rövşən Rüstəmzadə layt-kontakt versiyası üzrə gümüş medala layiq görülüb.

15731364_892987537504321_1136976214_n

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …