Dövlət Gömrük Komitəsinin yaradılmasının 24 illiyinə həsr olunmuş futzal üzrə ənənəvi birinciliyin final mərhələsi keçiriləcək

DSC_0058

Mayın 6-da ABU Arena İdman Kompleksində Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan qurumlar arasında Azərbaycan Dövlət Gömrük Komitəsinin yaradılmasının 24 illiyinə həsr olunmuş futzal üzrə ənənəvi birinciliyin final qarşılaşmaları keçiriləcək. Birinciliyin təşkilində əsas məqsəd gömrük orqanlarında çalışan əməkdaşların sağlamlığının və fiziki hazırlığının inkişaf etdirilməsi, kütləviliyin təmin olunmasıdır.
Xəbər verdiyimiz kimi, fevralın 1-də start götürən yarışlarda 4 mərhələ üzrə 2 qrupda (A və B qrupları) ümumilikdə 14 komanda iştirak edib. A qrupunda Naxçıvan MR DGK, Enerci Gİ, AR DGK, Gəncə Gİ, Tovuz Gİ, Avtonəqliyyat Baş Gİ, Balakən Gİ, B qrupunda HNB Gİ, Xaçmaz Gİ, Bakı Baş Gİ, Sumqayıt Baş Gİ, Biləsuvar Gİ, Azterminalkompleks Birliyi, Astara Gİ-nin komandaları mübarizə aparıblar. A qrupunun qarşılaşmaları Gənclik İdman Sağlamlıq Mərkəzində, B qrupu üzrə yarışlar isə Astara Olimpiya İdman Kompleksində təşkil olunub. Yarışların III (¼) və IV mərhələsi (yarımfinal) Astara Olimpiya İdman Kompleksində keçirilib. İlkin mərhələdə yarışlar dairəvi sistem üzrə, ¼ final mərhələsinə çıxmış 8 komanda isə Olimpiya sistemi üzrə oynayıb. A və B qrupunda yüksək xal toplayaraq I-IV yerləri tutmuş komandalar final mərhələsində iştirak etmək hüququ qazanıblar.
Mayın 6-da keçiriləcək həlledici mərhələdə Naxçıvan MR Dövlət Gömrük Komitəsinin komandası Bakı Baş Gömrük İdarəsinin komandası ilə qarşılaşacaq. 3-cü yer uğrunda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin və Hava Nəqliyyat Baş Gömrük İdarəsinin komandaları üz-üzə gələcəklər. Yarışlarda ilk üç yeri tutmuş komandalar müvafiq diplom, medal, kubok və hədiyyələrlə mükafatlandırılacaqlar. Turnirdə fərqlənən 2 ən yaxşı hakim, eləcə də 6 oyunçu müxtəlif nominasiyalarda («ən əzmkar oyunçu», «ən məhsuldar oyunçu», «ən texnikalı oyunçu», «ən yaxşı yarımmüdafiəçi», «ən yaxşı müdafiəçi», «ən yaxşı qapıçı») diplomlarla təltif olunacaqlar. Azərbaycan Ədalətli Oyunlar Komissiyası tərəfindən “ədalət prinsiplərinə sadiq məşqçi”, “ədalət prinsiplərinə sadiq idmançı”, “ədalət prinsiplərinə sadiq hakim” nominasiyalarında da mükafatlar təqdim olunacaq.

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …