Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan qurumlar arasında keçirilən futzal üzrə ənənəvi çempionatın püşkatma mərasimi keçirilib

Fevralın 15-də Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə və gömrük xidmətinin yaradılmasının 27-cı ildönümünə həsr olunmuş futzal idman növü üzrə gömrük orqanları arasında ənənəvi çempionatın ilkin mərhələsinin püşkatma mərasimi keçirilib. Mərasimdə Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin baş direktorunun müavini Adıgözəl Rəcəbov, AFFA-nın hakimi Anar Fərəcov, Dövlət Gömrük Komitəsinin Kommunikasiya və Şəbəkələrin idarə olunması şöbəsinin rəisi Ruslan Fərəməzov, eləcə də iştirakçı komandaların nümayəndələri iştirak edirdilər. Püşkatmanın nəticəsinə əsasən futzal üzrə ənənəvi çempionatın ilk  mərhələsində A və B qruplarında oynayacaq komandaların adları müəyyənləşdi.

Çempionatda ümumilikdə 12 komanda mübarizə aparacaq. Yarışın ilk mərhələsi aprelin 22-də Azərbaycan Texniki Universitetinin idman zalında start götürəcək.

Qeyd edək ki, çempionatın təşkilində əsas məqsəd gömrük orqanlarında çalışan əməkdaşların sağlamlığının və fiziki hazırlığının inkişaf etdirilməsi, kütləviliyin təmin edilməsidir.

Püşkatmanın yekun nəticəsinə əsasən A və B qruplarında yer alan komandaların siyahısı:

 

A qrupu

  1. Gömrük Hospitalı
  2. “Azərterminalkompleks”Birliyi
  3. Sumqayıt Baş Gömrük İdarəsi
  4. Cənub Baş Gömrük İdarəsi
  5. Aksizli mallar üzrə Baş Gömrük İdarəsi
  6. Şimal Ərazi Baş Gömrük İdarəsi

B qrupu

  1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
  2. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi
  3. Qərb Ərazi Baş Gömrük İdarəsi
  4. Hava Nəqliyyatında Baş Gömrük İdarəsi
  5. Dövlət Gömrük Komitəsinin Akademiyası
  6. Bakı Baş Gömrük İdarəsi

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …