Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin kollektivi aztəminatlı ailələrə yardım edib

Məlum olduğu kimi, koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində ölkəmizdə aztəminatlı ailələrə yardım aksiyası keçirilir. Bu mübarizədə ilk gündən etibarən ön sıralarda yer alan gömrükçülər növbəti dəfə bu aksiyaya öz töhfəsini veriblər. Belə ki, Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzi və “Gömrükçü” İdman Klubunun bir qrup əməkdaşı tərəfindən 30-dan çox aztəminatlı ailəyə baş çəkilib, onlara gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı paylanılıb, ailələrlə profilaktik söhbətlər aparılıb, onlara xüsusi karantin rejimi dövründə evdə qalmaları tövsiyə edilib.

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …