Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin «Gömrükçü» İdman Klubunun güləş üzrə açıq birinciliyi keçirildi  

 


Dekabr
ın 24-də Şağan Olimpiya İdman Kompleksində Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin «Gömrükçü» İdman Klubunun sərbəst və yunan-Roma güləşi üzrə açıq birinciliyinə start verilib. Yarışda paytaxt və bölgələri təmsil edən  300-dək idmançı qüvvəsini sınayır. Birincilikdə 2001-2003-cü illər təvəllüdlü yeniyetmələr və 2004-2006-cı illər təvəllüdlü gənclər mübarizə aparırlar. Dekabrın 24-də yarışların təntənəli açılış mərasimi keçirilib. Mərasimdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Dövlət Gömrük Komitəsinin İdman Sağlamlıq Mərkəzinin sədri Xəzər İsayev, Şağan Olimpiya İdman Kompleksinin direktoru Atakişi Cahanov iştirak ediblər.

Çıxış edən Şağan Olimpiya İdman Kompleksinin direktoru Atakişi Cahanov yarış iştirakçılarını salamladı və onlara gərgin mübarizədə uğurlar arzuladı.

MOK-un vitse-prezidenti Xəzər İsayev əsası ümumilli lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı. Xəzər İsayev qeyd etdi ki, digər sahələrdə olduğu kimi, idmanın inkişafında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri var. Ölkəmizdə idmanın yüksək səviyyədə inkişaf etdiyini deyən DGK İSM-ın sədri respublikamızın müxtəlif bölgələrində müasir standartlara cavab verən Olimpiya idman komplekslərinin idmançıların istifadəsinə verildiyini bildirdi. Vitse-prezident təmsilçilərimizin müxtəlif mötəbər yarışlardan vətənə medallarla döndüklərini, Azərbaycanı dünyada layiqincə tanıtdıqlarını dilə gətirdi. Yarışın əhəmiyyətini yüksək qiymətləndirən Xəzər müəllim böyük idmana gedən yolun məhz belə yarışlardan başladığını dedi.

Xəzər İsayev qeyd etdi ki, dekabrın 24-ü Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin ad günüdür. O, idmançılar adından ölkə başçısını təbrik etdi. Sonra Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin idarə heyəti, Azərbaycan Güləş Federasiyası və “Gömrükçü” İdman Klubunun güləş üzrə təşkil etdiyi birinciliyin iştirakçıları adından Azərbaycan Prezidenti cənab İlham Əliyevə təbrik müraciəti oxundu.

Daha sonra yarışlar açıq elan olundu.

Azərbaycan Dövlət himni səsləndirildi.

Yarışa dekabrın 26-da yekun vurulacaq.

 

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …