Dövlət Gömrük Komitəsi  İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubu 2019-cu ilə yekun vurub

 İlin yekunları ilə bağlı keçirilən tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin baş direktoru, gömrük xidməti polkovniki Xəzər İsayev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, DGK-nın Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi, gömrük xidməti polkovniki Vüqar Əliyev iştirak ediblər.

Diqqətə çatdırılıb ki, İlham Əliyevin 1997-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra ölkəmizdə idmana və bədən tərbiyəsinə diqqət daha da artırıb. Azərbaycanın dünyanın idman mərkəzlərindən birinə çevrildiyini deyən çıxışçılar qeyd ediblər ki, dövlətimizin başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, yeni Olimpiya İdman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları ölkəmizdə idmanın kütləviləşməsinə əlverişli şərait yaradıb.

Qeyd olunub ki, DGK İSM-in nəzdində fəaliyyət göstərən “Gömrükçü” İdman Klubunda 23 idman növü üzrə 540 idmançı 22 məşqçi-müəllimin rəhbərliyi altında idmanın sirlərinə yiyələnir. İdman növlərindən 11-i Olimpiya, 13-si qeyri-Olimpiya idman növüdür. Hazırda klubda Olimpiya idman növlərindən boks, sərbəst güləş, yunan-Roma güləşi, taekvondo, cüdo, üzgüçülük, stend atıcılığı, idman dırmanması, karatenin WKF növü, futbol, qeyri-Olimpiya idman növlərindən isə kikboksinq, çerlidinq, kempo-karate və kobudo, kik-cutsi, uşu-sanda, muay-tay, pauerliftinq, kontakt-karate, fransız boksu, budo, şaolin döyüş sənəti və şahmat üzrə idmançılar yetişdirilir. Klubda 9 Əməkdar Məşqçi, 5 Fəxri Bədən Tərbiyəsi Və İdman İşçisi çalışır. Qeyd olunub ki, 2019-cu ildə “Gömrükçü” İK-nun yunan-Roma güləşi üzrə baş məşqçi-müəllimi İqdam Ələkbərov Azərbaycan Respublikasının prezidenti tərəfindən Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi fəxri adı ilə mükafatlandırılıb.

Tədbirdə çıxış edənlər 2019-cu ilin Azərbaycan idmanı üçün əlamətdar olduğunu diqqətə çatdırıblar. Qeyd olunub ki, Azərbaycan idmançılarının dünya və Avropa çempionatlarında, eləcə də beynəlxalq səviyyəli yarışlarda əldə etdikləri medallarda “Gömrükçü” idman klubunun təmsilçilərinin də böyük payı var. Belə ki, klubun təmsilçiləri 2019-cu ildə Avropa və dünya çempionatlarında, beynəlxalq və yerli yarışlarda 460 medal (179 qızıl, 126 gümüş, 155 bürünc) qazanıblar.

Sonra klubun 2019-cu il üçün hesabatı dinlənilib.

Diqqətə çatdırılıb ki, şaolin, güləş, boks, karate, futbol, futzal, cüdo, fransız boksu, sambo, kikboksinq, çerlidinq idman növləri üzrə müxtəlif yaş qruplarında açıq çempionat və birinciliklər keçirilib. 12 və 26 iyul 2019-cu il tarixlərində Qax rayonunda taekvondo, yunan-Roma güləşi və boks idman növləri üzrə bölmələrin idmançıları üçün ümumi və xüsusi fiziki hazırlığın artırılması məqsədilə təlim-məşq toplanışı təşkil edilib.

Tədbirin sonunda il ərzində fərqlənmiş idmançılar və onların məşqçiləri diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …