DGK ISM-ın baş direktoru Xəzər İsayev DTX-nın yubiley medalı ilə təltif olunub

 

Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin baş direktoru, gömrük xidməti polkovniki Xəzər İsayev  Dövlət Təhlükəsizlik Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin yaranmasının 100 illiyi münasibətilə yubiley medalı (1919-2019) ilə təltif olunub. X. İsayev təltiflə bağlı fikirlərini bildirib:

“Belə bir şərəfli ada layiq görüldüyümə görə xidmətin rəisi, general-polkovnik Mədət Quliyevə minnətdarlığımı bildirirəm. Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları dövlətçiliyimizin keşiyində çox böyük mətanətlə dayanırlar. Dövlət Təhlükəslizlik Xidmətinin 100 illiyi münasibəti ilə xidmətin bütün kollektivini bir daha təbrik edirəm”.

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …