DGK İSM “Gömrükçü”İK-nın üzvü Patimat Abakarova Rio-2016-da mübarizəyə başlayır

13769428_315429638795555_2896958286345400273_nAvropa çempionatının gümüş medalçısı, birinci Avropa Oyunlarının bürünc mükafatçısı DGK İSM “Gömrükçü” İdman Klubunun üzvü Patimat Abakarova bu gün Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulacaq. 49 kq çəki dərəcəsində çıxış edən taekvondoçumuz turnirə 1/8 final mərhələsindən start verəcək. Onun ilk rəqibi serbiyalı Tiyana Boqdanoviç olacaq.

Bu rəqib həmyerlimiz üçün kifayət qədər tanışdı. Çünki Patimat Bakı-2015-in yarımfinalında serbiyalıya məğlub olmuşdusa, bu il Türkiyədə Avropa Təsnifat Turnirində Boqdanoviçə məhz həlledici görüşdə qalib gəlib.qarşılaşma saat 17:00-da başlayacaq. İdmançımıza uğurlar arzulayırıq.

Bu xəbərə də bax

Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycan millisinin hesabında 3 qızıl, 1 gümüş və 2 bürünc medal var

Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunan Yeniyetmələrin III Yay Olimpiya Oyunları davam edir. Hazırda Azərbaycan millisinin …