DGK İSM “Gömrükçü”İK-nın üzvü beynəlxalq ekstremal idman növləri festivalında ikinci olub  

İyunun 28-dən iyulun 2-dək Türkiyənin Ərzincan bölgəsinin Kəmaliyyə ərazisində 38-ci Kəmaliyyə beynəlxalq ekstremal idman növləri festivalı keçirilib. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) dörd nəfərdən ibarət komandası Türkiyə Dağçılıq Federasiyasının dəvəti ilə festivalda iştirak edib. Tədbir çərçivəsində keçirilən təbii qayalara dırmanma üzrə yarışda komandamızın üzvləri 2 qızıl, 1 gümüş medal qazanıblar. Çətinlik növündə mübarizə aparan Leyla Əhmədova və Rinat Rəhimxanov birinci, Fərid Şahbazov isə ikinci pillədə qərarlaşıb. Qeyd edək ki, Fərid Şahbazov Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun üzvüdür.

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …