DGK ISM “Gömrükçü”İK-nın üzvü Əməkdar idman ustası fəxri adına layiq görülüb

DGK İSM “Gömrükçü” İK-nın üzvü Əməkdar idman ustası fəxri adına layiq görülüb

Pouerliftinq üzrə 4 qat dünya 7 qat Avropa cempionu, dünya rekordçusu Vüqar Namazov Azərbaycan Respubilkasının Əməkdar idman ustası fəxri adına layiq görülüb.

Vüqar Namazov 1979-ci il avqustun 13-də Şəmkir rayonunun Çaparlı kəndində anadan olub. 1985-1996-ci illərdə Şəmkir rayonu Kür qəsəbəsi 1 saylı orta məktəbində təhsil alıb.

1997-2001-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Bakalavr pilləsi üzrə, 2001-2003-cü illərdə isə həmin universitetin Magistr pilləsini, 2003-2006-cü illərdə isə Aspiranturasını bitirib. 2008-2013-cü illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

Bu xəbərə də bax

DGK İSM “Gömrükçü”İK-nın boks üzrə açıq birinciliyi keçirilib

  Oktyabrın 21-də Ramil Səfərov adına “Cənub” İdman Klubunun boks zalında Müstəqillik gününə həsr olunmuş Dövlət …