DGK İSM “Gömrükçü”İK-nın taekvondoçusu Avropa birinciliyində bürünc medal qazanıb

 

İspaniyanın Marina Dor şəhərində yeniyetmə və gənclər arasında keçirilən Avropa birinciliyinə yekun vurulub. Son yarış günü Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin taekvondoçusu 78 kq çəki dərəcəsində yarışa qatılan Taleh Süleymanov İspaniya, Rusiya və Ukrayna idmançılarına qalib gələrək yarışı bürünc medalla başa vurub.
Qeyd edək ki, bu, gənclər arasında yığma komandanın Avropa birinciliyində üçüncü bürünc medalı olub. Əvvəlki yarış günündə Səyyad Dadaşov (51 kq) və Cavab Ağayev (68 kq) bürünc medallara sahib olublar. Qeyd edək ki, Taleh Süleymanov “Gömrükçü”İK-nın taekvondo üzrə məşqçi-müəllimi Müqabil Məmmədovun yetirməsidir.

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …