DGK İSM “Gömrükçü”İK-nın taekvondoçuları “Russian Open” beynəlxalq turnirində gümüş medal qazanıblar

Moskvada Rusiya Taekvondo Birliyi və İdman Nazirliyi tərəfindən təşkil edilən “Russian Open” beynəlxalq turniri Azərbaycan milli komandası üçün uğurlu olub. G2 dərəcəli yarışa qatılan taekvondo üzrə gənclərdən ibarət yığma komandamızın 5 üzvü mükafatçılar sırasında yer alıb.
14463740_632451020248752_149026539_nGənc yığmamız beynəlxalq turnirdə 1 qızıl, 2 gümüş və 2 bürünc medal əldə edib. Yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun üzvləri,klubun məşqçi-müəllimi Vurğun Cəfərovun yetirmələri Cavid Məmmədov (48 kq) və Mehriban Məmmədova (42 kq) yığma komandanın tərkibində uğurla çıxış edərək gümüş medala layiq görülüblər.14442730_632451086915412_228047913_n

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …