DGK İSM “Gömrükçü”İK-nın taekvondoçuları klublararası Liqa görüşlərinin sezon finalını uğurla başa vurublar

İyulun 20- 21-də Abşeron Olimpiya İdman Kompleksində taekvondo üzrə yeniyetmə və gənclər arasında klublararası Liqa görüşlərinin sezon finalı keçirilib. Yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin  “Gömrükçü” İdman Klubunun məşqçi-müəllimləri Müqabil Məmmədov, Vurğun Cəfərov və Kazım Kazımovun rəhbərliyi altında taekvondoçular qüvvələrini sınayıblar. İdmançılarımız  uğurla çıxış edərək ümumilikdə 12 qızıl, 5 gümüş, 9 bürünc medal qazanıblar.

 

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …