DGK İSM “Gömrükçü”İK-nın taekvondoçuları Göyçayın açıq birinciliyində uğurla çıxış ediblər

 

Dekabrın 16-17-də Göyçay Olimpiya Kompleksində taekvando üzrə Göyçayın açıq birinciliyi keçirilib.

Yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun taekvondoçuları da qüvvələrini sınayıblar. Klubun məşqçisi Müqabil Məmmədovun (1 saylı Gömrükçü İK) yetirmələri 3 qızıl, 2 gümüş, 1 bürünc medal qazanıblar. Ervin Ağamov (27 kq), Rəsul Ramaldanov (30 kq) qızıl, Bahadur Nuruzadə (36 kq), Səid Məmmədov (24 kq), Cavid Ələsgərov (30 kq) gümüş, Fəzail Rəhimzadə (33 kq) bürünc medal qazanıblar.  Məşqçi Kazım Kazımovun yetirmələri 6 qızıl, 2 gümüş medala sahib çıxıblar. Ədalət Adıgözəlov (24 kq), Nərgiz Kazımova (30 kq), Mələk Xəlilova (24 kq), Cəlal Xəlilov (24 kq), Nərman Süleymanov (33 kq), Aysu Məmmədova (44 kq) qızıl, Elbəy Zeynalov (33 kq), Xəzər Həmidov (27 kq) gümüş medallar qazanıblar.  

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …