DGK İSM “Gömrükçü”İK-nın təmsilçisi idman dırmanması üzrə gümüş medal qazanıb

 

Noyabrın 11-12-də “Climbaku” Dırmanma Mərkəzində idman dırmanmasının boldrinq növü üzrə açıq ölkə çempionatı keçirilib. Yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunu 4 idmançı təmsil edib. Yarışda Çingiz Tağızadə, İvan Kirsanov, Ruslan Məmmədov və Nərminə Abbasova qüvvələrini sınayıblar. Komanda üzvlərimizdən Çingiz Tağızadə gümüş medal qazanıb. Ümumi hesabda “Gömrükçü”İK-nın komandası üçüncü pillədə qərarlaşıb. Qeyd edək ki, açıq çempionatda Azərbaycan idmançıları ilə yanaşı, Gürcüstan təmsilçiləri də qüvvələrini sınayıblar.

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …