DGK İSM «Gömrükçü»İK-nın təmsilçiləri bu ilin 6 ayı ərzində 174 medal qazanıblar

Kollaj-1Böyük uğura gedən yolda peşəkar idmançılar yetişdirən ayrı-ayrı idman mərkəzləri, klublar və cəmiyyətlərin üzərinə böyük məsuliyyət düşür. Ölkəmizdə fəallığı ilə seçilən və idmanın inkişafına öz töhfəsini verən idman ocaqlarından biri də Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin (DGK İSM) «Gömrükçü» İdman Klubudur. DGK İSM 1999-cu ildə yaradılıb, əsas fəaliyyətə isə 2001-ci ildən başlayıb. «Gömrükçü» İSM-in baş direktoru Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, MOK-un Ədalətli Oyunlar Komissiyasının sədri, sərbəst güləş üzrə dünya və ikiqat Avropa çempionu Xəzər İsayevdir.
2013-cü ildən etibarən DGK İSM-ın nəzdində «Gömrükçü» İdman Klubu fəaliyyətə başlayıb. Klubda basketbol, boks, güləş, taekvondo, üzgüçülük, qılıncoynatma, stend atıcılığı, futbol kimi Olimpiya, sambo, şahmat, kikboksinq, kempo-karate-do-kobudo, kik-citsu, uşu-sanda, şaolin, muay-tay, hava və ekstremal, qocyu-ryu karate, pouerliftinq, içigeki karate do, el-1, budo kimi qeyri-Olimpiya idman növləri fəaliyyət göstərir.
Klubda müxtəlif növlər üzrə 19 məşqçi-müəllimin rəhbərliyi altında 550-dək idmançı müxtəlif idman növlərinin sirlərinə yiyələnir.
2016-cı ilin altı ayı ərzində kluba 85 idmançı ərizə ilə müraciət edib və İT və XFH şöbəsi tərəfindən bu idmançılarla müvafiq qaydada müqavilələr bağlanıb.
Bu il İdman Sağlamlıq Mərkəzinin «Gömrükçü»İK tərəfindən Dövlət Gömrük Komitəsinin yaranmasının 24 illiyinə həsr olunmuş müxtəlif səpkili idman tədbirləri təşkil olunub.
Fevralın 2-dən mayın 6-dək Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan qurumlar arasında Dövlət Gömrük Komitəsinin yaranmasının 24 illiyinə həsr olunmuş futzal üzrə birincilik keçirilib. Yanvarın 17-də “20 yanvar” şəhidlərinin 26 illiyinə həsr olunmuş şaolin döyüş sənəti üzrə Açıq birincilik təşkil olunub.
Aprelin 23-24-dək «Climbaku» İdman Dırmanması Mərkəzində idman dırmanmasının boldrinq və sürət növləri üzrə «Gömrükçü»İK-nın Açıq çempionatı keçirilib.
Kollaj-3Mayın 7-8-də Sumqayıt Olimpiya İdman Komleksində ümummilli lider Heydər Əliyevin 93-cü ildönümünə həsr olunmuş taekvondo idman növü «Gömrükçü»İK-nın Açıq birinciliyi keçirilib.
İyunun 12-dən 26-dək Qax rayonunda sərbəst və yunan-roma güləşi üzrə bölmənin idmançıları üçün təlim-məşqlər keçirilib. Məşğələlərdə idmançılara məşqçi-müəllimlər tərəfindən müasir metodiki məsələlər üzrə tövsiyələr verilib.
«Gömrükçü» İK-nın fəaliyyətinin əsas məqsədi ölkə idmanına töhvə verməkdir. Bu ilin 6 ayı ərzində klubun təmsilçiləri həm ölkədaxili, həm də beynəlxalq yarışlarda yüksək nailiyyətlər əldə ediblər. «Gömrükçü» İSM-ın yetirmələri arasında Avropa və dünya çempionatı kimi mötəbər yarışların qalib və mükafatçıları var. Ümumilkdə klubun təmsilçiləri bu ilin 6 ayı ərzində keçirilən yarışlarda 59-qızıl, 55- gümüş, 60 bürünc medal əldə ediblər. Bu ilin ən yüksək nəticəsi taekvondoçumuz Patimat Abakarovanın Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanmasıdır. Taekvondoçumuz bu hüquqa Türkiyənin Samsun şəhərində keçirilən lisenziya turnirində nail olub. Qeyd edək ki, idmançımız bu il həmçinin Avropa çempionatında gümüş medal əldə edib.Kollaj-2
İlin sonuna kimi bir sıra idman növləri üzrə tədbirlərin təşkili nəzərdə tutulur. Olimpiya və qeyri-olimpiya idman növlərinin inkişafı istiqamətində müvafiq tədbirlərin görülməsi yeni idman bölmələrinin açılması planlaşdırılır.
DGK İSM «Gömrükçü» İK-nın təmsilçilərinin 2016-cı ilin 6 ayı ərzində əldə etdikləri nəticələri oxucularımıza təqdim edirik

Sərbəst güləş
I yer
Mahir Məmmədov (42 kq) yeniyetmələr arasında beynəlxalq turnir
Sadiq Əliyev (46 kq) yeniyetmələr arasında açıq birincilik
Əvəz Əsgərov (54 kq) yeniyetmələr arasında açıq birincilik
Əvəz Həmzəyev (58 kq) yeniyetmələr arasında açıq birincilik
Sadıqov Cavid (42 kq) yeniyetmələr arasında respublika turniri
Sarıvan Sadıqov (54 kq) yeniyetmələr arasında respublika turniri
Hüseynzadə Hüseyn (63 kq) yeniyetmələr arasında AGF kuboku
Nuriyev Heydər (32 kq) yeniyetmələr arasında respublika turniri
II yer
Ramil Abasov (63 kq) yeniyetmələr arasında açıq birincilik
Fərid İsrafilov (76 kq) yeniyetmələr arasında açıq birincilik
Əli Əminzadə (96 kq) gənclər arasında Azərbaycan birinciliyi
Hamlet Nəsirov (54 kq) yeniyetmələr arasında  respublika turniri
Şəhriyar Məmmədov (76 kq) yeniyetmələr arasında respublika turniri
Turan İsmayılov  (85 kq) yeniyetmələr arasında respublika turniri
İzzət Aşurov (58 kq) yeniyetmələr arasında respublika turniri
Mahir Mehralıyev (76 kq) yeniyetmələr arasında respublika turniri
Hamlet Nəsirov (46 kq) yeniyetmələr arasında Azərbaycan birinciliyi
Əli Əminzadə (100 kq) yeniyetmələr arasında Azərbaycan birinciliyi
Cəfərsadiq Muradlı (73 kq) yeniyetmələr arasında açıq respublika turniri
İzzət Aşurov (58 kq) yeniyetmələr arasında açıq respublika turniri
III yer
Hüseyn Hüseynzadə (63 kq) yeniyetmələr arasında beynəlxalq turnir
Əli Əminzadə (100 kq) yeniyetmələr arasında beynəlxalq turnir
Sarıvan Sadıqov (54 kq) yeniyetmələr arasında açıq birincilik
Kənan Şahbazov (63 kq) yeniyetmələr arasında açıq birincilik
Aslan Kazımov (69 kq) yeniyetmələr arasında açıq birincilik
Turan İsmayılov (85 kq) yeniyetmələr arasında açıq birincilik
İbrahim Kazımov (+85 kq) yeniyetmələr arasında açıq birincilik
Röyal Ağamalıyev (50 kq) gənclər arasında Azərbaycan birinciliyi
Rahid Həmidli (84 kq) gənclər arasında Azərbaycan birinciliyi
Tural Əsgərov (46 kq) yeniyetmələr arasında respublika turniri
Sadiq Əliyev (47 kq) yeniyetmələr arasında respublika turniri
Tural Əsgərov (46 kq) yeniyetmələr arasında AGF kuboku
Əli Əminzadə (100 kq) yeniyetmələr arasında AGF kuboku
Rahid Həmidli (84 kq) yeniyetmələr arasında AGF kuboku
Əvəz Həmzəyev (58 kq) yeniyetmələr arasında Azərbaycan birinciliyi
İsmayıl Cabbarlı  (66 kq) yeniyetmələr arasında respublika turniri
Yunan-roma güləşi
I yer
Tehran Əminzadə (85 kq) yeniyetmələr arasında AGF kuboku, yeniyetmələr arasında Azərbaycan birinciliyi
III yer
Sənan Əlimirzəyev  (74 kq) gənclər arasında Azərbaycan birinciliyi
Taekvondo
I yer
Ayaz Qəmbərli (45 kq) gənclər arasında beynəlxalq turnir
Erkan İşli (30 kq) uşaqlar arasında “Qəbələ” İK-nın açıq birinciliyi
Rüstəm Yusifov (33 kq) uşaqlar arasında “Qəbələ” İK-nın açıq birinciliyi
Raya Məmmədova (27 kq) uşaqlar arasında “Qəbələ” İK-nın açıq birinciliyi, uşaqlar və yeniyetmələr arasında Tovuz rayon açıq birinciliyi
Mirvari Qənbərli (41 kq) uşaqlar arasında “Qəbələ” İK-nın açıq birinciliyi
Nərgiz Kazımova (27 kq) uşaqlar arasında “Qəbələ” İK-nın açıq birinciliyi, uşaqlar və yeniyetmələr arasında Tovuz rayon açıq birinciliyi
Aysu Məmmədova (33 kq) uşaqlar arasında “Qəbələ” İK-nın açıq birinciliyi
Ofelya Allahverdiyeva (37 kq) uşaqlar arasında “Qəbələ” İK-nın açıq birinciliyi
Məryəm Məmmədova (33 kq) uşaqlar və yeniyetmələr arasında Tovuz rayon açıq birinciliyi
Yusif  Şükürov (40 kq) uşaqlar və yeniyetmələr arasında Tovuz rayon açıq birinciliyi
Yaşar Memmedli (41 kq) uşaqlar və yeniyetmələr arasında Tovuz rayon açıq birinciliyi
II yer
Patimat Abakarova (53 kq) qadınlar arasında Avropa çempionatı
Rəsul Ramaldanov (26 kq) yeniyetmələr arasında beynəlxalq turnir
Səriyə Bağırova (33 kq) uşaqlar arasında “Qəbələ” İK-nın açıq birinciliyi
Asim Məmmədov (37 kq) uşaqlar arasında “Qəbələ” İK-nın açıq birinciliyi
Mələk Xəlilova (21 kq) uşaqlar arasında “Qəbələ” İK-nın açıq birinciliyi
Aysel Süleymanova (29 kq) uşaqlar arasında “Qəbələ” İK-nın açıq birinciliyi
Cavid Ələsgərov (27 kq) uşaqlar və yeniyetmələr arasında Tovuz rayon açıq birinciliyi
Məryəm Vəlizadə (33 kq) uşaqlar və yeniyetmələr arasında Tovuz rayon açıq birinciliyi
Tahirli Orxan (40 kq) uşaqlar və yeniyetmələr arasında Tovuz rayon açıq birinciliyi
Alışlı Kənan (48 kq) uşaqlar və yeniyetmələr arasında Tovuz rayon açıq birinciliyi
III yer
Aliyə Zeynalova (44 kq) gənclər arasında klublararası 4-cü Avropa çempionatı
Cavid İbrahimzadə (37 kq) yeniyetmələr arasında beynəlxalq turnir
Rəhman Əliyev (20 kq) uşaqlar arasında “Qəbələ” İK-nın açıq birinciliyi
Abduləli Əliyev (26 kq) uşaqlar arasında “Qəbələ” İK-nın açıq birinciliyi
Turhan Qurbanov (40 kq) uşaqlar arasında “Qəbələ” İK-nın açıq birinciliyi
Turqay Qurbanov (44 kq) uşaqlar arasında “Qəbələ” İK-nın açıq birinciliyi
Rəvanə Nuri (30 kq) uşaqlar arasında “Qəbələ” İK-nın açıq birinciliyi
Yaşar Məmmədli (37 kq) uşaqlar arasında “Qəbələ” İK-nın açıq birinciliyi
Erkan İşli (30 kq) uşaqlar və yeniyetmələr arasında Tovuz rayon açıq birinciliyi
Rüstəm Yusifov (33 kq) uşaqlar və yeniyetmələr arasında Tovuz rayon açıq birinciliyi
Cavid İbrahimzadə (37 kq) uşaqlar və yeniyetmələr arasında Tovuz rayon açıq birinciliyi
Səriyə Bağırova (37 kq) uşaqlar və yeniyetmələr arasında Tovuz rayon açıq birinciliyi
Zeynəb Məmmədova (27 kq) uşaqlar və yeniyetmələr arasında Tovuz rayon açıq birinciliyi
Fərid Əliyev (48 kq) uşaqlar və yeniyetmələr arasında Tovuz rayon açıq birinciliyi
Nihad Abbasov (37 kq) uşaqlar və yeniyetmələr arasında Tovuz rayon açıq birinciliyi
Röya Süleymanova (33 kq) uşaqlar və yeniyetmələr arasında Tovuz rayon açıq birinciliyi
Ayla Bayramova (33 kq) uşaqlar və yeniyetmələr arasında Tovuz rayon açıq birinciliyi
Səmaviyyə Rəhimli (30 kq) uşaqlar və yeniyetmələr arasında Tovuz rayon açıq birinciliyi
Vüqar Məcidov (41 kq) uşaqlar və yeniyetmələr arasında Tovuz rayon açıq birinciliyi
Turqay Qurbanov (44 kq) uşaqlar və yeniyetmələr arasında Tovuz rayon açıq birinciliyi
Boks
I yer
Məhəmmədəli Məmmədov (44 kq) MOİK-in açıq birinciliyi
Fərid Süleymanov (38 kq) MOİK-in açıq birinciliyi
II yer
Məhərrəm Alıkişiyev (50 kq) MOİK-in açıq birinciliyi
Nihad Tağıyev (58 kq) MOİK-in açıq birinciliyi
III yer
Rüfət Nəbiyev (60 kq) yeniyetmələr arasında beynəlxalq turnir
Əli Vəliyev (66 kq) kiçikyaşlı yeniyetmələr arasında Bakı şəhər birinciliyi
Abbas Əliyev (48 kq) MOİK-in açıq birinciliyi
Üzgüçülük
I yer
Elvira Həsənova Açıq Qış Çempionatı (200m məsafəyə qarışıq üsulla üzmə)
Kamran Cəfərov Beynəlxalq Qış Çempionatı (50 m məsafəyə batterflay üsulu ilə üzmə, 200m məsafəyə arxası üstə üzmə)
II yer
Nazir İsmayılov Açıq Qış Çempionatı (100 m məsafəyə sərbəst üsulla üzmə), Beynəlxalq Qış çempionatında (100 m məsafəyə arxası üstə üzmə, estafet yarışlarında 4x100m məsafəyə sərbəst və qarışıq üsulla üzmədə komanda tərkibində)
Orxan Heydərli Açıq Qış Çempionatı (100 m məsafəyə arxası üstə üzmə, estafet yarışlarında 4x100m məsafəyə sərbəst və qarışıq üsulla üzmədə komanda tərkibində)
Kənan Heydərli Beynəlxalq Qış çempionatı (1500 m məsafəyə sərbəst üsulla üzmə)
III yer
Kamran Cəfərov Açıq Qış Çempionatı (50 m məsafəyə batterflay üsulu ilə  üzmə, 200 m məsafəyə sərbəst üsulla üzmə)
Şaolin döyüş sənəti
I yer
Cəlal Mustafayev (33 kq) yeniyetmələr arasında açıq birincilik
Bəhruz Qurbanlı (40 kq) yeniyetmələr arasında açıq birincilik
Rahib İbrahimov (36 kq) yeniyetmələr arasında açıq birincilik
Yaqub Mustafazadə (44 kq) yeniyetmələr arasında açıq birincilik
İsmayıl Zeynalov (48 kq) yeniyetmələr arasında açıq birincilik
Oruc Qurbanlı (52 kq) yeniyetmələr arasında açıq birincilik
Rövşən Məmmədov (56 kq) yeniyetmələr arasında açıq birincilik
Rüfət Quliyev (60 kq) yeniyetmələr arasında açıq birincilik
Mir Yaqub Əhədov (44 kq) gənclər arasında açıq birincilik
Fariz Yusifzadə (48 kq) gənclər arasında açıq birincilik
Orxan Quliyev (52 kq) gənclər arasında açıq birincilik
Ruslan Hüseynov (56 kq) gənclər arasında açıq birincilik
Nihad Zeynalov (60 kq) gənclər arasında açıq birincilik
Fuad Abdulazimov (70 kq) gənclər arasında açıq birincilik
Orxan Pənahlı (75 kq) gənclər arasında açıq birincilik
Fərid Ağabalazadə (65 kq) gənclər arasında açıq birincilik
II yer
Quliyev Nihad (33 kq) yeniyetmələr arasında açıq birincilik
Riyad Əliyev (36 kq) yeniyetmələr arasında açıq birincilik
Məhəmməd Vəliyev (40 kq) yeniyetmələr arasında açıq birincilik
Ərxan Həsənli (44 kq) yeniyetmələr arasında açıq birincilik
Sənan Mikayılov (48 kq) yeniyetmələr arasında açıq birincilik
Vüsal  Əliyev (52 kq) yeniyetmələr arasında açıq birincilik
Kamil Quliyev (56 kq) yeniyetmələr arasında açıq birincilik
Marif  Namazov (60 kq) yeniyetmələr arasında açıq birincilik
Oktay Əliyev (44 kq) gənclər arasında açıq birincilik
Rəhim Səfərov (48 kq) gənclər arasında açıq birincilik
Elşən Dadaşov (52 kq) gənclər arasında açıq birincilik
Rəvxan Vəliyev (56 kq) gənclər arasında açıq birincilik
Cəsur Hüseynov (60 kq) gənclər arasında açıq birincilik
Vaynab Abdulvahabov (65 kq) gənclər arasında  açıq birincilik
Yunis Hakimov (70 kq) gənclər arasında açıq birincilik
Turqay Rüstəmov (75 kq) gənclər arasında açıq birincilik
Emil Mirzəliyev (90 kq) böyüklər arasında Bakı birinciliyi
III yer
Kənan Ağayev (33 kq) yeniyetmələr arasında  açıq birincilik
Ziya Məmmədov (36 kq) yeniyetmələr arasında  açıq birincilik
Hüseyn Abbaszadə (40 kq) yeniyetmələr arasında  açıq birincilik
Qasım Səmədov (44 kq) yeniyetmələr arasında  açıq birincilik
Vüqar Əliyev (48 kq) yeniyetmələr arasında açıq birincilik
Sakit Muradov (52 kq) yeniyetmələr arasında  açıq birincilik
Sabir Əliyev (56 kq) yeniyetmələr arasında  açıq birincilik
Əli Vəliyev (60 kq) yeniyetmələr arasında açıq birincilik
Elnur Məmmədov (44 kq) gənclər arasında açıq birincilik
Rəşad Əsgərzadə (48 kq) gənclər arasında açıq birincilik
Əli Məmmədov (52 kq) gənclər arasında  açıq birincilik
Maşallah Babayev (56 kq) gənclər arasında açıq birincilik
Sevindik Samiyev (60 kq) gənclər arasında açıq birincilik
Alim Kazımov (65 kq) gənclər arasında açıq birincilik
Polad Kazımov (70 kq) gənclər arasında açıq birincilik
Rafail Xəlilov (75 kq) gənclər arasında açıq birincilik
Poverliftinq
I yer
Ramil Əhmədov (90 kq) Avropa çempionatı
Bayram Əliyev (82.5 kq) Avropa çempionatı
Aqşin İsmayılov (75 kq) Avropa çempionatı
Bayram Əliyev Azərbaycan çempionatı
Ramil Əhmədov Azərbaycan çempionatı
Elnarə Quliyeva Azərbaycan çempionatı
Akşin İsmayılov Azərbaycan çempionatı
Kontakt karate
I yer
Təbriz Bəgaliyev (65 kq) Azərbaycan çempionatı, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş III Açıq çempionat, Açıq Qafqaz kuboku
Budo
I yer
Emin Kərimov VIII Azərbaycan çempionatı,
II yer
İSKA Dünya Döyüş Sənətləri Təşkilatının dəstəyi ilə keçirilən dünya çempionatı
İdman dırmanması
I yer
Çingiz Tağızadə “Gömrükçü” İK-nın Açıq Çempionatı (Sürət növü)
II yer
Aysel Sultanova “Gömrükçü” İK-nın Açıq Çempionatı (boldrinq növü)
Fərid Şahbazov “Gömrükçü” İK-nın Açıq Çempionatı (Sürət növü)
Ruslan Məmmədov “ÜMİD” yarışı (Sürət növü)
Zemfira Cəfərova “ÜMİD” yarışı (sürət növü)
III yer
Çingiz Tağızadə “Gömrükçü” İK-nın Açıq Çempionatı (Boldrinq növü)
Zemfira Cəfərova “ÜMİD” yarışı (çətinlik növü)
El-1 idman növü
I yer
Elçin Mürsəlov Heydər Əliyev kuboku
Arzu Babayev Heydər Əliyev kuboku
Kikboksinq
I yer
Emil Mirzəliyev (92 kq) Açıq respublika birinciliyi

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …