DGK İSM “Gömrükçü”İK-nın komandasl savat üzrə Bakı şəhər birinciliyinin qalibi olub

Mayın 14-də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Azərbaycan Şaolin və Savat Döyüş Federasiyasının təşkilatçılığı ilə Fransa boksu – savat üzrə Bakı şəhər birinciliyi keçirilib.

Yarışda 16 komandanın heyətində 160-dan çox idmançı iştirak edib. Ümümi hesabda birinci yerə Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun komandası layiq görülüb. “Fateh” İdman Klubu ikinci, Mərkəzi Ordu İdman Klubu isə üçüncü yeri tutub.

 

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …