DGK İSM “Gömrükçü”İK-nın güləşçiləri 20 Yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 1 qızıl, 1 bürünc medal qazanıblar

Bakı İdman Sarayında 20 Yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında 20-ci beynəlxalq turnir başa çatıb. Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə yerli pəhləvanlarla yanaşı, Rusiya, Qazaxıstan və Özbəkistandan olan güləşçilər də iştirak edirlər. Yarışın birinci günündə on çəki dərəcəsində 190 sərbəst güləşçi mübarizəyə qoşulub.
Sərbəst güləş üzrə yarışlarda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun üzvü Fərid İsrafilov (85 kq) bürünc medala layiq görülüb.

 

85 kq (Sərbəst güləş)
1. Sənan Əliyev
2. Murad Həsənov
3. Ayaz İsbayılov
3. Fərid İsrafilov

İkinci yarış günündə 42, 46, 50, 54, 58, 63, 69, 76, 85 və 100 kq çəkidə yunan-Roma güləş üzrə 123 pəhləvan mübarizə aparıb.
Yunan-Roma güləşi üzrə yarışlarda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun üzvü Vüsal Rəhmanov (54 kq) qızıl medala layiq görülüb.

54 kq (Yunan-Roma güləşi)
1. Vüsal Rəhmanov
2. Akmanljon Akramov (UZB)
3. Murad Abbasov
3. İlkin Rzazadə

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …